Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin 1 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Qeyd olunan AZ2014019205 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 12.02.2026-cı il tarixində yekunlaşmışdır. 

Marja xəbər verir ki, istiqrazlara 53 investor 53 sifariş təqdim edib və buraxılış tam həcmdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2014019205

İstiqraqzların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ dolları

Buraxılış həcmi: 1 000 000 ABŞ dolları

İllik gəlirlilik faizi:  9%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  24 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  1 000 000 ABŞ dolları

Reallaşdırılmış həcm:  1 000 000 ABŞ dolları

Hərrac qiyməti:  100 ABŞ dolları

İnvestor sayı:  53

Sifariş sayı:  53

Anderrayter:   “Unicapital İnvestisiya Şirkəti” ASC

12.02.2026 14:13

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18