Zukerberq “Milyarderlərin bunker”ində rekord qiymətə - 170 milyon dollara malikanə alıb
"Meta" şirkətinin rəhbəri və Facebook-un yaradıcısı Mark Zuckerberg və onun həyat yoldaşı Priscilla Chan Mayamidə “milyarderlərin bunker”i kimi tanınan süni İndian-Krik (Indian Creek) adasında yerləşən malikanəni 170 milyon dollara alıblar.
Marja xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən xəbər verib.
“Bu günə qədər bu, Mayami tarixində ən bahalı sövdələşmədir. Bu, qeyri-adi görünür, lakin digər daşınmaz əmlak obyektlərinə və bazardakı təkliflərə baxsaq, mən düşünürəm ki, 100 milyon dollardan yuxarı çoxlu sayda sövdələşmələr görəcəyik”, – deyə agentlik daşınmaz əmlak satıcılarının nümayəndələrinin şərhini dərc edib.
Florida ştatının cənubundakı Mayami-Deyd dairəsində yerləşən İndian-Krik adası XX əsrin əvvəllərində yaradılıb və sahəsi təxminən 120 hektardır. “Milyarderlərin bunker”də Amazon-un yaradıcısı Jeff Bezos, ABŞ prezidentinin kürəkəni Jared Kushner və maliyyəçi Carl Icahn kimi şəxslər də daşınmaz əmlaka sahibdirlər.
"Bloomberg Billionaires Index"ə görə, Mark Zuckerberg təxminən 231 milyard dollar sərvətə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 27 d. əvvəl
-
- 46 d. əvvəl
-
50 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb




























