“PAŞA Həyat Sığorta”da yeni təyinat
"PAŞA Həyat Sığorta" şirkətinin strukturunda dəyişiklik baş vermiş və Sevda Əliyeva Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə təyin edilmişdir.
Sevda Əliyeva 25 ildən artıq rəhbərlik və strateji idarəetmə təcrübəsinə malikdir. Peşakar karyerası ərzində o, PASHA Real Estate-də Qrup üzrə Baş İnsan Resursları İnzibatçısı (CHRO) və İcraçı Komitə üzvü, Unibank-da Baş Transformasiya İnzibatçısı və İcraçı Komitə üzvü, PASHA Bank-da İnsan Resursları Departamentinin Direktoru, Azercell Telecom-da isə Baş İnsan Resursları İnzibatçısı CHRO və Marketinq Direktoru kimi vəzifələrdə çalışaraq daşınmaz əmlak, bankçılıq və telekommunikasiya sahələrində kompleks transformasiya və təşkilati inkişaf proqramlarını uğurla həyata keçirmişdir.
Təhsilini Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavr dərəcəsi ilə tamamlamış, həmçinin Telecoms Mini MBA proqramını (Informa Telecoms Academy, UK, 2008) müvəffəqiyyətlə bitirmişdir. Korporativ təhsil və inkişaf proqramları çərçivəsində Agile Project Management (IBM, UK, 2018), Design Thinking (IBM, UK, 2017), Job Evaluation (Korn Ferry Hay Group, Turkey, 2017) və digər liderlik və idarəetmə sahələrinə yönəlmiş proqramları uğurla tamamlamışdır.
XXX
“PAŞA Həyat Sığorta” ASC-də yeni təyin olunub.
Bu barədə Marja.az Şirkətə istinadən xəbər verir.
Belə ki, Sevda Əliyeva “PAŞA Həyat Sığorta” ASC-nin Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə təyin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
47 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























