Hind rupisinə zərbə: Tarixi minimumda
ABŞ-İsrailin İranda yaratdığı gərginlik və neft qiymətlərindəki kəskin artım Hindistan iqtisadiyyatını da çətin vəziyyətə salıb. Dollar/Rupi məzənnəsi 92,30 rupi səviyyəsini aşaraq tarixi ən aşağı həddinə geriləyib, "Reserve Bank of India" (RBI -Hindistanın Mərkəzi Bankı) isə bazara müdaxilə etmək məcburiyyətində qalıb.Qlobal enerji qiymətlərindəki volatillik dünyanın ən böyük neft idxalçılarından biri olan Hindistanda maliyyə sabitliyini təhdid edir. Brent neftinin bir barelinin qiymətinin 84 dolları keçməsilə Hindistan rupisi son 10 ayın ən kəskin ucuzlaşmasına məruz qalaraq, rekord yeniləyib.
Marja xəbər verir ki, Dollar/Rupi məzənnəsində psixoloji hədd sayılan 92 səviyyəsinin aşılmasından sonra Hindistan Mərkəzi Bankı (RBI - Reserve Bank of India) valyutadakı ucuzlaşmanı zəiflətmək məqsədilə bazara dollar satışı edərək müdaxilə edib. Lakin bazar ekspertləri hesab edirlər ki, geosiyasi risklər davam edərsə, bu müdaxilələr məhdud təsir göstərə bilər.
Ölkədə 10 illik istinad istiqrazının gəlirliliyi 5 baza bəndi artaraq 6,73%-ə yüksəlib. Fond bazarında da eniş müşahidə olunub və "NSE Nifty 50" qlobal satış dalğasına paralel olaraq 2,3% dəyər itirib.
Hindistan iqtisadiyyatı üçün ən böyük risk RBI-ın oktyabr-mart dövrü üçün proqnozlaşdırdığı 70 dollarlıq baza neft ssenarisinin xeyli aşılmasıdır. Enerji tələbatının demək olar ki, hamısını idxal hesabına qarşılayan ölkə üçün bu vəziyyət iki əsas problemi dərinləşdirir: Artan idxal xərcləri cari əməliyyatlar balansı kəsiri üzərində təzyiqi artıraraq rupini zəiflədir və bir müddətdir nəzarət altında olan inflyasiyanın artan yanacaq qiymətləri səbəbilə yenidən sürətlənə biləcəyi ilə bağlı narahatlıqlar da güclənir.
"ANZ Bank"ın valyuta strateqi Dhiraj Nim bildirib: “Neft qiymətləri yüksək qalarsa, daha zəif rupini qəbul etmək məcburiyyətində qala bilərik. İl sonu üçün proqnozlaşdırdığımız 93 səviyyəsi daha tez reallaşa bilər.”
İnvestorlar Asiya üzrə bazar itkilərini kompensasiya etmək üçün inkişaf etməkdə olan bazarlardan çıxaraq “təhlükəsiz liman” aktivlərinə yönəlirlər.
İstiqraz bazarındakı narahatlığın əsas səbəbi yüksək neft qiymətlərinin bir neçə ay ərzində inflyasiya göstəricilərinə birbaşa təsir edəcəyidir. Bu isə mərkəzi bankın likvidlik idarəetməsi və faiz siyasətini çətin vəziyyətə salır.
Əlavə edək ki, Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 3,22% bahalaşma ilə 84,05 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
22 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)






