Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
“Aqrar ticarət (tapaqro)” altsistemi yaradılacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərman imzalyıb.
Fərmanda deyilir: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 milyon manatlıq hissəsinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görsün.
XXX
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 000 000 (on milyon) manatlıq hissəsinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görsün;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.0.3-cü yarımbənddə ikinci halda “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
3.2. 3-cü hissə üzrə:
3.2.1. 3.0.1-ci, 3.0.1-1-ci və 3.0.2-ci yarımbəndlərdə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
3.2.2. 3.0.10-cu yarımbənddə “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I); 2024, № 8, maddə 942; 2025, № 11, maddə 1018) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci hissə üzrə:
4.1.1. 1.3-cü bənddə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.1.2. 1.4-cü bəndin ikinci cümləsində və 1.6-cı bənddə “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin;
4.1.3. 1.5-ci bənddə “kredit təşkilatlarının” sözləri “müvəkkil təşkilatların” sözləri ilə əvəz edilsin;
4.2. 3-cü hissə üzrə:
4.2.1. adında “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.2.2. 3.1-ci bənd üzrə:
4.2.2.1. birinci cümlədə “kredit təşkilatları ilə” sözləri “təşkilatlarla” sözü ilə əvəz edilsin;
4.2.2.2. ikinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.2.2.3. üçüncü cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;
4.2.2.4. dördüncü cümlədə “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin;
4.2.3. 3.3-cü bənd üzrə:
4.2.3.1. birinci cümlədə hər üç halda “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə, “kredit təşkilatlarına” sözləri “təşkilatlara” sözü ilə əvəz edilsin;
4.2.3.2. ikinci cümlədə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.2.4. 3.3-1-ci bənddə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə, “kredit təşkilatlarına” sözləri “təşkilatlara” sözü ilə əvəz edilsin;
4.2.5. 3.4-cü bənddə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.2.6. 3.5-ci bənd üzrə:
4.2.6.1. birinci cümlədə “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin;
4.2.6.2. ikinci, üçüncü və dördüncü cümlələrdə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.2.7. 3.6-cı bənd üzrə:
4.2.7.1. birinci cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə, “kredit təşkilatı” sözləri “müvəkkil təşkilat” sözləri ilə, “kredit təşkilatından” sözləri “müvəkkil təşkilatdan” sözləri ilə, “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;
4.2.7.2. ikinci cümlədə “kredit təşkilatının” sözləri “müvəkkil təşkilatın” sözləri ilə, “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;
4.2.8. 3.7-ci bənddə “kredit təşkilatına” sözləri “müvəkkil təşkilata” sözləri ilə, “müvəkkil kredit təşkilatının” sözləri “həmin müvəkkil təşkilatın” sözləri ilə əvəz edilsin;
4.3. 4-cü hissə üzrə:
4.3.1. 4.1-ci bənd üzrə:
4.3.1.1. birinci cümlədə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;
4.3.1.2. ikinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.3.1.3. üçüncü cümlədə “kredit təşkilatlarında” sözləri “təşkilatlarda” sözü ilə əvəz edilsin;
4.3.2. 4.2-ci bəndin birinci cümləsində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.3.3. 4.3-cü bənddə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;
4.3.4. 4.4-cü bənd üzrə:
4.3.4.1. birinci, üçüncü və dördüncü cümlələrdə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.3.4.2. ikinci cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;
4.3.5. 4.4-1-ci bənd üzrə:
4.3.5.1. üçüncü cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.3.5.2. dördüncü cümlədə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.3.5.3. beşinci cümlədə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə, “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.3.6. 4.4-2-ci bəndi üzrə:
4.3.6.1. birinci cümlədə “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə, “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.3.6.2. ikinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.3.7. 4.5-ci bənddə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.4. 5-ci hissə üzrə:
4.4.1. 5.7-ci bənd üzrə:
4.4.1.1. birinci cümlədə “kredit təşkilatlarına” sözləri “təşkilatlara” sözü ilə əvəz edilsin;
4.4.1.2. ikinci cümlədə “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin;
4.4.2. 5.8-ci bəndin birinci cümləsində “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.4.3. 5.9-cu bənddə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə, “kredit təşkilatları ilə” sözləri “müvəkkil təşkilatlarla” sözləri ilə əvəz edilsin;
4.5. 5-1-ci hissə üzrə:
4.5.1. 5-1.1-ci bəndin birinci abzasında “kredit təşkilatlarına” sözləri “təşkilatlara” sözü ilə əvəz edilsin;
4.5.2. 5-1.2-ci bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə, “kredit təşkilatına” sözləri “təşkilata” sözü ilə əvəz edilsin;
4.5.3. 5-1.3-cü bənddə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.6. 6-cı hissə üzrə:
4.6.1. 6.1.2-ci yarımbənddə və 6.1.3-cü yarımbəndin birinci cümləsində “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.6.2. 6.1-1-ci bəndin birinci abzasında “kredit təşkilatlarının” sözləri “müvəkkil təşkilatların” sözləri ilə əvəz edilsin;
4.6.3. 6.1-4-cü bəndin birinci cümləsində “kredit təşkilatına” sözləri “müvəkkil təşkilata” sözləri ilə əvəz edilsin;
4.6.4. 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərdə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.6.5. 6.2-1-ci bəndə “sistemində” sözündən sonra “(bundan sonra – EKTİS)” sözləri əlavə edilsin;
4.7. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına verilən kreditlərin faizlərinin maliyyələşdirilməsi
6-1.1. Kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.
6-1.2. Bu Qaydanın 6-1.1-ci bəndində nəzərdə tutulmuş kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabına maliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.5-ci yarımbəndinə uyğun olaraq müəyyən edilir.
6-1.3. Sahibkarlıq subyektləri bu Qaydanın 6-1.1-ci bəndi ilə müəyyən edilmiş güzəştli kreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edilir, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü və sahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləri Agentliyə təqdim edir. Təqdim edilən məlumatların bu Qaydanın 6-1.2-ci bəndinə əsasən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən 10 (on) iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).
6-1.4. Bu Qaydanın 6-1.1-ci bəndində nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləği müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və nağdlaşdırılmadan istifadə olunur. Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür. Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.
6-1.5. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının Agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər. Agentlik verilmiş kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrə rübdə 1 (bir) dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsini təmin edir. Agentlik, hesablanan faiz borcunun maliyyələşdirilən hissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik və məsuliyyət daşımır.
6-1.6. Bu Qaydanın 7-ci hissəsinə uyğun olaraq həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 (üç) ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır.
6-1.7. Bu Qaydanın 6-1.6-cı bəndində nəzərdə tutulmuş halda ödənilmiş güzəşt vəsaiti müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən Agentliyə qaytarılır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) 30 (otuz) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanın məqsədlərinə uyğun istifadə edilir.
6-1.8. Bu Qaydanın 6-1.7-ci bəndinə uyğun olaraq Agentliyə qaytarılmış vəsait müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektindən tələb edilir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində faizlərinin bir hissəsi Agentlik tərəfindən maliyyələşdirilən kreditlər verilmir.”;
4.8. 7-ci hissə üzrə:
4.8.1. 7.1-ci bənd üzrə:
4.8.1.1. birinci cümlədə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.8.1.2. ikinci cümlədə “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə, “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.8.1.3. dördüncü cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.8.2. 7.2-ci bəndin ikinci və üçüncü cümlələrində “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin;
4.8.3. 7.5-ci bənd üzrə:
4.8.3.1. birinci cümlədə “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə, “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.8.3.2. ikinci cümlədə “kredit təşkilatları” sözləri “təşkilatlar” sözü ilə əvəz edilsin;
4.8.4. 7.6-cı bənd üzrə:
4.8.4.1. birinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə, “kredit təşkilatının” sözləri “təşkilatın” sözü ilə əvəz edilsin;
4.8.4.2. ikinci cümlədə “kredit təşkilatı” sözləri “təşkilat” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137, № 7, maddə 642) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissə üzrə:
5.1.1. aşağıdakı məzmunda 1.2.5-1-ci yarımbənd əlavə edilsin:
“1.2.5-1. aqrotexniki xidmətlər − bitkiçilik məhsullarının istehsalı prosesində satın alınan aqrotexniki tədbirlər;”;
5.1.2. 1.2.8-ci yarımbəndə “keçirən” sözündən sonra “, həmçinin aqrotexniki xidmətlər göstərən” sözləri əlavə edilsin.
5.2. 2.4.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4.5-ci yarımbənd əlavə edilsin:
“2.4.5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiqi.”;
5.3. 3.12-ci bəndin üçüncü cümləsində “kredit təşkilatlarının” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissə üzrə:
6.1.1. 3.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.7-ci yarımbənd əlavə edilsin:
“3.1.7. “aqrar ticarət (tapaqro)” altsistemi.”;
6.1.2. 3.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.7-ci yarımbənd əlavə edilsin:
“3.2.7. “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarına və aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatına dair məlumatların əks etdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, dirəklər, damazlıq heyvanlar, mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) və aqrotexniki xidmətlərin satın alınması, həmçinin həmin xidmətlər üzrə verilən subsidiya və güzəştlərdən istifadəyə nəzarət edilməsi.”;
6.2. 5.1-ci bənd üzrə:
6.2.1. 5.1.10-cu yarımbənddən “(kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, damazlıq heyvanlar, suvarma sistemləri dəsti və avadanlığı)” sözləri çıxarılsın;
6.2.2. 5.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.1.15. kənd təsərrüfatı istehsal vasitələrinin alınması və (və ya) qurulması, həmçinin aqrotexniki xidmətlərdən istifadə üzrə həyata keçirilən ödənişlər barədə məlumatlar və həmin məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər (təhvilverənin razılığı ilə);”;
6.2.3. 5.1.32-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.33-cü yarımbənd əlavə edilsin:
“5.1.33. aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatı və istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsulları barədə məlumatlar.”;
6.3. 7.1-ci bənd üzrə:
6.3.1. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 21-ci abzas əlavə edilsin:
“21. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq verilən vəsaitlər üzrə ödənişləri bu Əsasnamənin 7.6-cı bəndində nəzərdə tutulan qaydada həyata keçirmək;”;
6.3.2. 7.1.11-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.12-ci yarımbənd əlavə edilsin:
“7.1.12. banklar və bank olmayan kredit təşkilatları:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq verilmiş kredit və digər ödənişlər barədə məlumatları daxil etmək.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2026-cı il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 42 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
-
3 saat əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
Ən çox oxunanlar
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb























