970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forum keçirilib.

Rəqəmsallaşma ilə yanaşı, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulması istiqamətində həyata keçiriləcək layihələrin müzakirə olunduğu forumda vergi rekordçuları da elan olunub. Nəticədə ölkənin birinci bankı Kapital Bank Dövlət Vergi Xidməti tərəfindən növbəti dəfə “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan olunub. Bu nailiyyət bankın regionda maliyyə şəffaflığı, hesabatlılıq və dayanıqlı iqtisadi inkişafın əsas simalarından biri kimi mövqeyini daha da gücləndirib.

Qeyd edək ki, bu mükafat Azərbaycanın şəffaf və data-əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə innovativ və texnologiya yönümlü yanaşmasını tamamlayır.

Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü göstəricisi adlandırıb: “Azərbaycan rəqəmsal və data-əsaslı iqtisadiyyata keçidin sürətləndiyi bir dövrdə Kapital Bank olaraq bu transformasiyanın ön sıralarında olmaqdan qürur duyuruq”.

Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. 

06.03.2026 16:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18