Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Qətərin milli enerji şirkəti "QatarEnergy" bildirib ki, "Ras Laffan Industrial City"də yerləşən sənaye kompleksi raket hücumuna məruz qalıb, nəticədə yanğın baş verib və ciddi ziyan yaranıb.
Marja xəbər verir ki, 18 mart 2026-cı il tarixində verilən məlumata görə, şirkətin sosial media hesabında paylaşılan açıqlamada "Ras Laffan" Sənaye Bölgəsinin axşam saatlarında raket hücumlarının hədəfi olduğu qeyd olunub.
Açıqlamada bildirilib ki, hücumdan sonra baş verən yanğını nəzarət altına almaq üçün fövqəladə hallar xidmətləri dərhal əraziyə cəlb olunub və hadisə nəticəsində əhəmiyyətli ziyan meydana gəlib.
Hadisə zamanı insan tələfatının olmadığı vurğulanıb. "QatarEnergy" vəziyyətlə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyini bildirib.
Qətərdən İrana sərt reaksiya
Qətər Xarici İşlər Nazirliyi hücumu kəskin şəkildə pisləyib. Rəsmi bəyanatda qeyd olunub ki, İranın Ras Laffan Sənaye Bölgəsinə hücumu böyük yanğınlara və ciddi dağıntılara səbəb olub. Bu hadisə təhlükəli eskalasiya (bir münaqişənin və ya qarşıdurmanın daha geniş və kəskin mərhələyə keçməsi prosesi) kimi qiymətləndirilib, ölkənin suverenliyinin açıq şəkildə pozulması, həmçinin milli təhlükəsizlik və regional sabitliyə birbaşa təhdid kimi dəyərləndirilib.
Açıqlamada vurğulanıb ki, Qətər müharibənin əvvəlindən neytral mövqe tutmağa çalışsa da, İranın həm Qətəri, həm də qonşu ölkələri hədəf alması regionda təhlükəsizliyi zəiflədən və beynəlxalq sülhü təhdid edən məsuliyyətsiz addım kimi qiymətləndirilir.
Bəyanatda xatırladılıb ki, Qətər daha əvvəl də mülki obyektlərin və enerji infrastrukturunun – o cümlədən İran ərazisində – hədəf alınmaması ilə bağlı çağırışlar edib. İranın siyasətinin regionu daha böyük qarşıdurmaya sürüklədiyi və münaqişəyə tərəf olmayan ölkələri də risk altına saldığı bildirilib.
Həmçinin qeyd olunub ki, bu hücum BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin pozulmasıdır. Qətərdən BMT Təhlükəsizlik Şurasına beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün məsuliyyətini yerinə yetirmək və bu cür pozuntuların qarşısını almaq üçün zəruri addımlar atmaq çağırışı edilib.
Bəyanatda əlavə olunub ki, Qətər özünümüdafiə hüququnu saxlayır və ölkə suverenliyini, təhlükəsizliyini, eləcə də vətəndaşlarının və ərazisində yaşayanların təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görməkdə qərarlıdır.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 d. əvvəl
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
- 14 d. əvvəl
- 19 d. əvvəl
- 31 d. əvvəl
-
52 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
56 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb






















