Alüminium bazarında müharibə şoku
İranın həftəsonu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Emirates Global Aluminium (EGA) və Bəhreyndəki Aluminium Bahrain (Alba) müəssisələrini hədəfə alması qlobal alüminium bazarını dərin bir böhranın astanasına gətirib.
Marja xəbər verir ki, London Metal Birjasında (London Metal Exchange - LME) birjasında qiymətlər 6% artaraq son iki ilin ən kəskin yüksəlişi qeydə alınıb.
Analitiklər isə alüminiumun qiymətinin 2022-ci ildə qeydə alınmış 4073 dollarlıq tarixi maksimumun yenidən keçə biləcəyi barədə xəbərdarlıq edirlər.
Qlobal alüminium təchizat zənciri İranın regiondakı iri əridmə (smelter) müəssisələrinə hücumları ilə yeni və təhlükəli mərhələyə daxil olub. Təyyarə gövdələrindən qida qablaşdırmasına, günəş panellərindən müxtəlif sənaye sahələrinə qədər bir çox sektorda istifadə olunan bu metalın qiymətləri təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda kəskin artım mərhələsinə keçib.
Regionun ən böyük tədarükçülərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin Emirates Global Aluminium (EGA) Abu-Dabidəki obyektində “əhəmiyyətli ziyan” yarandığını açıqlayıb.
Eyni zamanda, Bəhreyninin istehsalçısı "Aluminium Bahrain" (Alba) də müəssisələrindəki ziyanın miqyasını qiymətləndirdiyini bildirib. Yaxın Şərq qlobal alüminium istehsalının təxminən 9%-ni təmin edir və bu zavodlarda baş verə biləcək uzunmüddətli dayanmanın əvəzlənməsi olduqca çətin görünür.
Hörmüz boğazı və ehtiyat böhranı
Hücumdan əvvəl də Hörmüz Boğazı bağlandığı üçün xammal tədarükündə çətinlik yaşayan region zavodları üçün bu hücumlar faktiki olaraq “nakaut” effekti yaradıb. LME məlumatlarına görə qlobal alüminium ehtiyatları artıq son 20 ilin ən aşağı səviyyəsində idi.
Goldman Sachs analitikləri ikinci rübdə 900 min tonluq təklif çatışmazlığı yarana biləcəyini və ehtiyatların cəmi 45 günlük istehlakı qarşılaya biləcəyini proqnozlaşdırırlar.
LME-də alüminiumun qiyməti 1 ton üçün 3428 dollara qədər yüksəlib.
Spot (cari) qiymətlərin fyuçers qiymətləri üstələməsi (backwardation) fiziki metal tapmağın çətinləşdiyini göstərən ən aydın göstərici kimi 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Təklifin daralacağı gözləntiləri regiondan kənardakı istehsalçıların səhmlərini də yüksəldib. Avstraliyanın "South32" şirkətinin səhmləri 8,2%, "Aluminum Corporation of China" şirkətlərinin səhmləri isə təxminən 9% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























