"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
"Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir. Yenə də azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - "Dost Aqropark" məhz Zəngilanda yaradılmışdır və mənə verilən məlumata görə, artıq o, öz hədəfinə çatır. Çünki hədəfi 10 min baş cins mal-qara idi, bu hədəfə artıq yaxındır, 6 min hektara yaxın torpaqda da işlər gedir".
Marja xəbər verir ki, bunu Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələr ilə görüşdə çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.
"Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.
Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq.
Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib.
Azad olunmuş torpaqlarda görülən işlərlə bağlı biz həm tələsirdik, həm də hər şeyi düzgün etməyə çalışırdıq. Planlı şəkildə, strategiya əsasında ki, hər şey düz-əməlli olsun - həm insanların yaşayışı üçün, məşğulluğu üçün, təhsili üçün, eyni zamanda, ölkə iqtisadiyyatı üçün. Zəngilan rayonunda görün, beş il ərzində 42 meqavatlıq su elektrik stansiyaları tikilmişdi. Sovet vaxtında bu yox idi. İndi bu, Zəngilanı belə müstəqil şəkildə tam enerji ilə təmin edə biləcək, lap burada 200 min əhali yaşasa belə. Amma biz bütövlükdə artıq sudan 300 meqavatdan çox enerji götürürük. Bir-iki il ərzində Günəşdən də götürəcəyik, ondan da çox".
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
-
18 d. əvvəl
PAŞA Bank-dan sahibkarlar üçün 3 ay komissiyasız və limitsiz biznes ödənişləri
-
37 d. əvvəl
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
-
1 saat əvvəl
bp Özbəkistanda SOCAR-dan da pay almaqla "Şimali Üstyurd" sazişinə qoşuldu
-
1 saat əvvəl
Metrodakı köhnə vaqonlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
AFB Bank mobil tətbiqini yenilədi
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lökbatanda yerləşən anbarın 50 faizə yaxını yanıb
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
Tramvay geri qayıdır
Trampdan İran açıqlaması: “100 faiz əminəm”
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
















.jpg)







