Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir

AzVak-mobil_resmin_ustu_31
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Beynəlxalq İT şirkəti regionda mövcudluğunu yerli texnoloji tərəfdaş vasitəsilə genişləndirir

Reklam_3_11

FOMİNOV CONSULTİNG və Sigma Software Group şirkətləri Azərbaycanda rəqəmsal texnologiyaların inkişafı və ölkədə fəaliyyət göstərən təşkilatlara dəstəyin göstərilməsi məqsədilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb.

Tərəfdaşlıq çərçivəsində Sigma Software Group regionda fəaliyyətini data mərkəzləri infrastrukturu, kibertəhlükəsizlik və korporativ İT həlləri üzrə ixtisaslaşmış yerli tərəfdaş olan FOMİNOV CONSULTİNG vasitəsilə inkişaf etdirəcək.

Sigma Software Group — 24 ildən artıq təcrübəyə malik beynəlxalq İT konsaltinq və mühəndislik şirkətidir. Şirkət dünya üzrə 300-dən çox müştəri ilə — startaplardan Fortune 500 səviyyəli korporasiyalara qədər — əməkdaşlıq edir, 20-dən artıq ölkədə 2000-dən çox mütəxəssisi bir araya gətirir və tərkibində R&D mərkəzləri, investisiya istiqaməti və təhsil təşəbbüslərini əhatə edən öz ekosistemini inkişaf etdirir. Şirkət həmçinin yüksək müştəri məmnuniyyəti göstəricisi (99%) nümayiş etdirir və IAOP Global Outsourcing 100 reytinqinə daxildir.

Şirkətin portfeli Maliyyə xidmətləri (Financial Services), Aviasiya (Aviation), Təchizat zənciri (Logistics), Rəqəmsal Hökumət (GovTech), Pərakəndə satış (Retail) və Müdafiə (Defense) sahələrini əhatə edən layihələrdən ibarətdir. Bu layihələrə genişmiqyaslı rəqəmsal platformaların hazırlanması, süni intellekt həllərinin tətbiqi, Ağıllı şəhər təşəbbüslərində iştirak və kibertəhlükəsizlik həllərinin yaradılması daxildir. Əhəmiyyətli təşəbbüslər sırasında BAE Systems ilə kibertəhlükəsizlik və rəqəmsal həllər sahəsində əməkdaşlıq, Defence Builder müdafiə innovasiya ekosistemi layihəsinin inkişafı, eləcə də rəqəmsal transformasiya və infrastrukturun bərpası proqramlarında iştirak yer alır. Xidmət yönümlü ekspertiza ilə yanaşı, regiondakı müştərilər Sigma Software Labs — şirkətin vençur bölməsi — çərçivəsində 30-dan çox innovativ texnoloji məhsulun inkişaf etdirildiyi məhsul portfelinə çıxış əldə edəcəklər

Əməkdaşlıq çərçivəsində əsas diqqət İT infrastrukturun modernləşdirilməsinə, təhlükəsiz və miqyaslana bilən rəqəmsal platformaların tətbiqinə, eləcə də dövlət, maliyyə, telekommunikasiya və korporativ sektorlar üzrə innovasiyaların inkişafına yönəldiləcək.

“Sigma Software Group ilə tərəfdaşlıq müştərilərimiz üçün qabaqcıl beynəlxalq mühəndislik təcrübəsinə çıxış yaradır və Azərbaycanda daha genişmiqyaslı rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsinə imkan verəcək,” — deyə FOMİNOV CONSULTİNG tərəfindən bildirilib.

Sigma Software Group -un qlobal təcrübəsi ilə FOMİNOV CONSULTİNG-in yerli bazar üzrə dərin biliklərinin birləşməsi ölkədə fəaliyyət göstərən şirkətlərə süni intellekt əsaslı həllər, qabaqcıl kibertəhlükəsizlik sistemləri və kompleks rəqəmsal transformasiya təşəbbüsləri də daxil olmaqla müasir texnologiyaların tətbiqini sürətləndirməyə imkan verəcək.

Əlaqə telefonları: +994 10 2567470; +994 12 565 5786/88

[email protected]

Sayt: fcc.az

İnstagram: fominovconsulting

Facebook: FominovConsulting

FOMINOV CONSULTING Sigma Software əməkdaşlıq Sigma Software Group Azərbaycan Sigma Software Group Azərbaycan bazarı rəqəmsal texnologiyalar Azərbaycan İT şirkətləri Azərbaycan rəqəmsal transformasiya Azərbaycan kibertəhlükəsizlik həlləri Azərbaycan data mərkəzləri infrastrukturu Azərbaycan korporativ İT həlləri Azərbaycan Sigma Software Group layihələri İT konsaltinq və mühəndislik şirkəti Sigma Software Labs innovativ texnologiyalar süni intellekt həlləri Azərbaycan ağıllı şəhər texnologiyaları Azərbaycan İT infrastrukturu modernləşdirilməsi rəqəmsal platformaların hazırlanması Azərbaycan texnologiya sektoru İT tərəfdaşlıq BAE Systems kibertəhlükəsizlik
20.05.2026 07:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19