Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Qlobal investisiya banı "Goldman Sachs"dakı karyerası ilə tanınan təcrübəli strateq Jeffrey Currie, Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadası səbəbindən bəzi mərkəzi bankların yerləşdiyi ölkənin enerji xərclərini ödəmək üçün “məcburi satıcı” mövqeyinə keçdiyini bildirib. Currie qızılın qiymətinin qısa müddətdə 4000 dollara qədər geriləyəcəyini, lakin enerji böhranının iqtisadi inkişafa zərbə vurması ilə başlayacaq faiz endirimi dövründə 10 000 dollara yüksələcəyini proqnozlaşdırıb.
XXX
Qlobal inflyasiya dalğası və artan istiqraz faizlərinin təsiri ilə qızılın unsiyasının qiyməti 4500 dollardan aşağı düşdüyü xaotik bir dövrdə, tanınmış təcrübəli strateq Jeffrey Currie, bazardakı satış təzyiqinin dərinləşə biləcəyinə dair xəbərdarlıq edib.
Marja xəbər verir ki, Currie sosial media platforması X üzərindən paylaşım edərək, qızılıb qısamüddətli ucuzlaşmasının səbəblərini açıqlayıb.
Currie qızıldakı mövcud ucuzlaşmanın Yaxın Şərq münaqişəsinin nəticələri və Hörmüz boğazındakı tıxanma ilə birbaşa əlaqəli olduğunu qeyd edir. Sürətlə artan enerji qiymətləri bəzi inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarını çətin seçim qarşısında qoyub.
Ən böyük institusional alıcılar olan mərkəzi banklar yerli valyutalarını qorumaq və rekord həddə çatan enerji (neft, qaz) idxalı xərclərini maliyyələşdirmək üçün qızıl ehtiyatlarını likvidləşdirməyə (satmağa) başlayıblar.
Currie bu dinamikanın ən konkret nümunəsi kimi Türkiyəni göstərib. Strateqin fikrincə, Türkiyə Cümhuriyəti Mərkəzi Bankı (TCMB) Türkiyə lirəsini dəstəkləmək və artan enerji xərclərini qarşılamaq üçün bazarda təxminən 120 ton qızıl satıb.
Currie bu satış təzyiqi səbəbindən qızılın unsiyasının 4000 dollar səviyyəsinə qədər geri çəkiləcəyini gözləyir.
Qızıl tamamilə çökəcəkmi?
Əfsanəvi strateq qızılın tamamilə çökəcəyi ssenariyə isə inanmır. O, qiymətlərin müəyyən səviyyədə güclü dəstək tapacağını proqnozlaşdırır:
Currie-yə görə, qızılın unsiyasının qiymətinin 3500 - 4000 dollar aralığına geriləməsi böyük suveren fondları və mərkəzi bankları yenidən cəlb edəcək.
Currie bu səviyyələrdən xüsusilə Çinin aqressiv şəkildə bazara daxil olaraq fiziki alışlar edərək ucuzlaşmanı məhdudlaşdıracağını düşünür.
"Qiyməti 10 min dollara yüksələcək"
Currie-nin uzunmüddətli “super dövr” nəzəriyyəsi isə qlobal mərkəzi bankların (xüsusilə ABŞ Mərkəzi Bankının, FED) edəcəyi məcburi U dönüşünə əsaslanır:
Currie, “Mövcud enerji şoku gec-tez qlobal iqtisadi artımı iflic edəcək. Artım templəri kəskin şəkildə aşağı düşdükdə, mərkəzi banklar inflyasiyaya baxmayaraq yenidən yumşaq siyasətə keçmək və pul siyasətini yumşaltmaq (faizləri aşağı salmaq) məcburiyyətində qalacaqlar. Məhz həmin anda bu qısa satış oyununu bağlayıb tamamilə uzun mövqeyə keçəcəyəm. Bu dönüş qızılı 10 000 dollara qaldıracaq əsas səbəb olacaq” ifadələrini işlədib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır











.jpg)



.jpg)









