Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər

ƏDV hesablarındakı vəsaitlərdən sosial ödənişlər üçün istifadə imkanı nəzərdən keçirilir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Hazırda müzakirə olunan mexanizmlərdən biri vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişlərin həyata keçirilməsi üçün istifadə imkanının yaradılmasıdır".

Marja.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Cabbarov qeyd edib ki, hazırda Azərbaycanda əlavə dəyər vergisi depozit hesabları xüsusi hesablardır. Bu hesablarda olan vəsaitlərdən, xüsusilə sosial sığorta ödənişləri üzrə istifadə imkanları nəzərdən keçirilir. Onun sözlərinə görə, bu alət tətbiq ediləcəyi halda sahibkarların dövriyyə vəsaitlərinə ehtiyacı azalacaq və onların maliyyə imkanları genişlənəcək. Bu isə biznesin inkişafına əlavə dəstək verə bilər.

"Hazırda müzakirə olunur, hələ ki, qərar qəbul edilməyib, lakin ümid edirik ki, bu uğurla başa çatacaq. Vergi ödəyicilərimizin əlavə dəyər vergi hesabları var - müvafiq qanunvericilik mexanizmi əsasında əlavə dəyər vergisi hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin o hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər üçün istifadə imkanını nəzərdə keçiririk - xüsusilə sosial sığorta üzrə ödənişlərin",- Mikayıl Cabbarov deyib. 

İş elanları AzVak.az-da

© İqtisadiyyat naziri Mikayıl Cabbarovun AZƏRTAC-a və İTV-yə müsahibəsi

10.06.2026 22:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19