Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır

AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Hava Yolları marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır. Yeni istiqamət üzrə biletlər artıq satışdadır. 

Marja “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Qeyd edilib ki, yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı yaradacaq.

Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsus atmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri hesab olunur.

Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə çatmaq mümkündür.

Aviabiletləri AZAL-ın saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

XXX

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start verib.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

"Brüssel artıq AZAL marşrut xəritəsində! Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start veririk. Uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə — bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək", -məlumatda deyilir.

 

Bakı-Brüssel-Bakı bilet
01.07.2026 13:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19