İlk dəfə keçirildi, uğurlu oldu
Hər kəsin səbirsizliklə gözlədiyi Influencer Day Baku tədbiri 2017-ci il 30 sentabr tarixində baş tutdu.
Tədbir haqqında məlumatlar, şəkillər sürətlə bütün sosial mediaya yayıldı. 300 nəfərin qatıldığı Influencer Day Baku ilk dəfə keçirilməsinə rəğmən, çox uğurlu keçdi və hər kəsdə uzun müddət yaddaşlardan silinməyəcək iz, maraqlı təəssüratlar qoydu.
Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı, yeni biznes əlaqələrinin yaranmasına səbəb oldu.
Emin Vəli Sosial Era marketinqi haqqında,Vaqif Abbasov Keepface Influencer marketinqi haqqında, Elşad Yusifli isə Influencer və data analizi haqqında maraqlı çıxışlar etdi, daha sonra qonaqları maraqlandıran sualları cavablandırdılar.
İrəlliləyə dəqiqələrdə isə panel müzakirəsi başladı. Moderator Khazar Ventures-in həmtəsisçisi Məmməd Kərim bəy, panel iştirakçıları isə Trade Mark Leo Burnett Azerbaijan-ın direktoru Abbas Fətullayev, Cavan.az layihəsinin marketinq direktoru MehribanHəsənova, Azər Türk Bankın strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla Məmmədova, aktyor və ssenarist Erkin Ergin, “Offside” səhifəsinin admini Ruslan Mirzəliyev idi. Panel iştirakçıları influencer marketinq haqqında təcrübələrini, Keepface influencer platforması haqqında təəssüratlarını bölüşdülər.
Nəhayət, hamının gözlədiyi influencerlərin mükafatlandırılması anı gəlib çatdı.İlk öncə onu qeyd edək ki, Keepface heyəti mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, influencerlik fəaliyyətində yeni olan şəxslərə üstünlük verdi.
Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov ,dəb sahəsində maraqlı,faydalı bloq yazıları yazan - Şəbnəm Mahmudlu, makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva, faydalı videolarına həvəslə,sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev, cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən - Həmid Həmidli, elmi-İntellektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə, dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, zirvələri sözün əsl mənasında fəth edən-Baba Ağayev, mütəmadi bloq yazıları ilə maarifləndirici tövsiyyələr verən - İlham Əli Yusif ,iştahımızı artıran, paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı, həftə sonlarını xüsusi menuları ilə dadlandıran - Aygün İsmayılzadə, öyrədici videolar hazırlayan və Azərbaycan dilindəki məzmunların inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva öz fəaliyyətlərinə görə mükafatlandırıldılar.
Mükafatlandırma mərasimindən sonra qonaqlar Dreamland Baku Golf Villas & Residences-də yerləşən Sabis Sun Beynəlxalq məktəbi ilə tanış oldular. Orada yerləşən qolf mərkəzinə gedərək, təlimçilərin köməyi ilə ilk qolf təcrübələrini yaşadılar.
Tədbir həzin caz sədaları altında,şam yeməyi və networking ilə davam etdi.
Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru Dreamland Baku Golf Villas & Residences, rəsmi telekom tərəfdaş isə Bakcell şirkətidir. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir. Tədbirin lentə alinması və qonaqların rəsmlərinin çəkilməsi Gravity.inc komandasına aiddir. Photo ARTillery isə yerindəcə qonaqların rəsmlərini çəkib,çap edərək onlara bu gündən maraqlı xatirə qalmasını təmin etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)










