"Logistikada işlər sürətlə və əlaqələndirilmiş şəkildə aparılmır”

“Beynəlxalq ticarətdə logistika sahəsi üzrə Azərbaycanın hədəflərinin müəyyən edilməsi istiqamətində işlər sürətlə və əlaqələndirilmiş şəkildə aparılmır”.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin Yarımillik Monitorinq və Qiymətləndirmə hesabatında bildirilir.
Tövsiyə olunur ki, 1.1.1-ci tədbir üzrə Strateji Yol Xəritəsində müəyyən edildiyi qaydada aidiyyəti qurum tərəfindən sektorial hədəflər təyin edilərək idxal-ixrac əməliyyatları üzrə proqnozlaşdırma aparıla, müvafiq qurumların imkan və resursları təhlil oluna, logistika və ticarət sahəsi üzrə Azərbaycanın xüsusi hədəfləri və əsas icra göstəriciləri müəyyən edilə bilər.
Qeyd olunurki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 6 faizinin icrası tamamlanmış, 45 faizinin icrası üzrə işlərə başlanılmışdır.
Azərbaycan Respublikasında logistika və ticarətin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində işlər görülmüş, ilkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılmışdır.
Eyni zamanda logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün müvafiq norma və standartlar hazırlanmışdır.
Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində limanın avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilmiş, limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılmış və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan 15 milyon ton və 100 min TEU-ya çatdırılmışdır.
Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə təhlillərin aparılması yükgöndərən (yükalan) və nəqliyyat operatorları (ekspeditorlar) ilə dəmir yolu arasında operativ və çevik əlaqələrin yaradılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılmışdır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 8.3 km uzunluğunda "Astara Azərbaycan-Astara İran" yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikinti işləri başa çatdırılmışdır. Dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmiryol stansiyasına və yük terminalına qədər (İran İslam Respublikasının ərazisində) 1,4 km-lik hissənin 500 p.m dəmir yolu xətti çəkilmişdir.
Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması üzrə cəlb olunmuş beynəlxalq məsləhətçi şirkət tərəfindən “Azad zonalar haqqında” Azərbaycan Respublikası qanununun ilkin versiyası hazırlanaraq hökumətə təqdim edilmişdir.
Logistika sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında cari ilin aprel ayında kadr hazırlığı üzrə memorandum imzalanmış və Cəmiyyət tərəfindən Universitetdə logistika laboratoriyası yaradılaraq tələbələlərin istifadəsinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
3 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
