Ağstafadan Avropaya köynəklər ixrac olunur
Azərbaycanda geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük şirkətlərdən biri “Akkord Tekstil” MMC-dir. MMC-nin fabrikində kişi və qadın geyimləri, habelə digər təyinatlı uniformalar tikilir. Beynəlxalq standartlara tam cavab verən istehsal prosesində köynəklər 5 növ yaxa quruluşunda olmaqla “classik”, “slimfit” və “reqular” bədən ölçülərində istehsal edilir. 120 nəfərin çalışdığı müəssisədə ayda 40 min köynək istehsal olunur.
İstehsal olunan köynəklər dünyanın bir çox ölkələrinə, o cümlədən İtaliya, Fransa və Rusiyaya ixrac edilir. Hazırda Kanada, Çin və Çexiyanın şirkətləri ilə danışıqlar aparılır. Razılıq əldə olunsa, ixrac potensialının dairəsi xeyli genişlənəcək ki, bu da Azərbaycan brendinin daha çox ölkədə tanınmasına səbəb olacaq.
Məlum olduğu kimi, keyfiyyətli məhsul istehsalında xammaldan başqa dünya standartlarına cavab verən avadanlıqlar da böyük əhəmiyyət daşıyır. Buna önəm verən “Akkord Tekstil” MMC-nin istehsal sahələri Almaniyanın “Brother” və “Shantze”, Yaponiyanın “Astash” və “Juki”, Türkiyənin “Malkan” və “Elensan” markalı yüksək keyfiyyətli avadanlıqları ilə təchiz edilmişdir. Hazırda fabrikdə 361 maşın və mexanizmlər dövrün tələblərinə cavab verən məhsul istehsalında istifadə edilir.
BAKIDA MODA EVİ AÇILACAQ
Tikiş müəssisəsinin istehsal etdiyi köynəklər üçün xammal, yəni, parça Türkiyədən gətirilir. Lakin müəssisə rəhbərliyi gələcəkdə xammal istehsal edən müəssisə yaratmağı da qarşısına məqsəd qoymuşdur. Bundan başqa, Bakıda müəssisənin “Moda evi”nin açılması da planlaşdırılır. Həmin “Moda evi”ndə fabrikin istehsal etdiyi məhsulların nümayişi, ayrı-ayrı şirkətlərin sifarişləri, eləcə də fərdi sifarişlər qəbul ediləcək.
Məlum məsələdir ki, ölkəmizdə trikotaj məhsullarına tələbat həddindən artıq çoxdur. Bu məhsullar bir çox xarici ölkələrdən gətirilir. Daxili tələbatı nəzərə alaraq yaxın vaxtlarda fabrikdə yeni trikotaj sexinin yaradılması da planlaşdırılmışdır. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür.
Daim yeniliyin tətbiqini diqqətdə saxlayan müəssisə rəhbərliyi hazırda ASSYST sisteminin tətbiq edilməsinə başlamışdır. Bu sistem əsasən qəlib və ölçülərin ideal hazırlanmasına şərait yaradacaq. Həmçinin gələcəkdə daha geniş çeşiddə məhsul, o cümlədən idman və qadın geyimləri istehsal edilməsi də nəzərdə tutulur.
İŞÇİLƏRİ 250-300 MANAT MAAŞ ALIR
Müəssisədə çalışan işçilər hər cür qayğı ilə əhatə olunmuşlar. Onların işə gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılmışdır. İşçilər gündə bir dəfə pulsuz yeməklə təmin edilirlər. Əsasən rayon sakinlərindən ibarət olan fabrik işçilərinin orta aylıq əməkhaqları 250-300 manatdır.
“Akkord Tekstil” MMC-nin direktoru İsmayıl Bayramov söhbət zamanı dedi ki, fabrikin açılışında iştirak edən ölkə başçısı İlham Əliyevin verdiyi məsləhət və tövsiyələrin məsuliyyətini dərk edərək yalnız yüksək keyfiyyətli məhsul istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün əminliklə deyə bilərik ki, Ağstafada fəaliyyət göstərən tikiş fabriki istər təchizat, istərsə də istehsal etdiyi məhsulların keyfiyyəti baxımından dünya standartlarına cavab verir. İstehsal olunan xüsusi geyimlər, kişi və qadın geyimləri, hərbi və odadavamlı, habelə digər təyinatlı uniformalar, uşaq və məktəbli geyimləri həvəslə alınır. Əsas məqsəd isə gələcəkdə fabrikin fəaliyyət dairəsini genişləndirməklə ixrac imkanlarını artırmaqdır. Bunun üçün əsas vəzifə bazarın tələbinə uyğun olaraq daim təkmilləşmək və inkişaf etməkdir.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 8 d. əvvəl
-
1 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
-
6 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
8 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Bakı Fond Birjasında Yanvar çöküşü
Ən çox oxunanlar
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq





















