SOCAR faiz ödəyəcək
Azərbaycanda ən populyar qiymətli kağız olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək.
"SOCAR Capital" şirkətinin məlumatına əsasən, oktyabrın 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək.
“Faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb. Oktyabrın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər”-şirkətdən bildirilib.
Daxili bazar üçün nəzərdə tutulmuş SOCAR İstiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon ABŞ dollar həcmində buraxılıb. Oktyabr ayının 17-dən isə SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan SOCAR İstiqrazlarının hər birinin illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri 3 aydan bir olmaqla, ildə 4 dəfə həyata keçirilir.
Bu, SOCAR İstiqrazları üzrə sayca dördüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində baş tutub. Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişini də nəzərə aldıqda, SOCAR İstiqrazlarının sahibləri indiyədək 5 milyon dollar qazanmış olacaqlar.
Bununla da, SOCAR İstiqralarının 5 il ərzində gətirəcəyi 25 milyon dollarlıq qazancın ilk 5 milyonu 17 oktyabr tarixində artıq istiqraz sahiblərinin hesabında olacaq.
SOCAR İstiqrazları üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər tərəfindən istiqrazlara böyük maraq formalaşıb. Olduca sərfəli şərtləri və yüksək gəlirliliyi nəticəsində SOCAR İstiqrazları dövriyyədə olduğu bir il ərzində Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib. Hazırda istiqrazlar ölkənin fond bazarında həm əhali, həm də şirkət və təşkilatlar tərəfindən ən çox alınan qiymətli kağızlardır. Fiziki şəxslərlə yanaşı, özəl şirkətlər də vəsaitlərini SOCAR İstiqrazlarında saxlamağa üstünlük verirlər.
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlər sayılır. Bu xüsusiyyətlərlə SOCAR İstiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib.
SOCAR İstiqrazlarının buraxılmasında məqsəd əhalinin istifadəsiz saxladığı vəsaitləri iqtisadiyyata, o cümlədən SOCAR-ın həyata keçirdiyi layihələrə cəlb etmək, gəlirləri birbaşa əhali ilə bölüşmək və qiymətli kağızlar bazarının inkişafıdırına dəstək olmaqdır. İstiqraz buraxılışından əldə olunan vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.
Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
-
3 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 9 saat əvvəl
-
11 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
11 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb



















