Azərbaycanda pambıq emalı 400 min tona çatdırılacaq
Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.
Nazir digər ənənəvi sahələrdə də artım tempinin müşahidə olunduğunu qeyd edib: “Belə ki, 2015-ci ildə ölkə üzrə 236 kiloqram yaş barama istehsal olunduğu halda, ötən il bu göstərici 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırılıb”.
Bundan başqa, onun sözlərinə görə, tütünçülüyün inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bu sahədə əkin sahələrini 2021-ci ilə qədər 2 dəfə genişləndirərək, hazırkı 3200 hektardan 6 min hektara çatdırılması nəzərdə tutulur: “Bu isə ölkədə hər il 12 min ton quru tütün istehsal etmək imkanı yaradacaq. İxrac qabiliyyətli əsas məhsullardan olan fındıq istehsalını artırmaq üçün bölgələrdə mövcud fındıq bağlarından 2 dəfə çox yeni bağların salınması nəzərdə tutulur. İri çayçılıq təsərrüfatlarının yaradılması, istehsal prosesinə innovativ texnikanın cəlb olunması və bu sahədə elmi yanaşmaların tətbiqi çay plantasiyası sahələrinin 17 min hektara çatdırılmasına imkan verəcək”.
©Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 6 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti




















