Yapon brendinin məhsulları ilə yaxından tanış olmaq imkanı!
NewCond şirkəti 18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisində iştirak edir.
Şirkət 1997-ci ildən etibarən məşhur Yapon brendi Mitsubishi Electric kondisionerlərinin rəsmi distribyutorudur. NewCond müştərilərə üç satış salonundan keyfiyyətli və peşəkar xidmətlər göstərir.
Hal-hazırda NEWCOND şirkətinin fəaliyyətinin əsas istiqamətləri isitmə, soyutma və havalandırma sistemləridir. “Mitsubishi Electric Europe B.V.” şirkətinin distribyutoru olaraq “Changes for the Better” (yaxşılığa doğru dəyişikliklər) sloqanı altında fəaliyyət göstərir.
NewCond A2212 nömrəli stendində öz innovativ və yüksək texnoloji məhsullarını təqdim edir. Bunların sırasında ilin ən zövqlü və eleqant yeniliyi olan Premium İnverter MSZ-LN seriyalı divar tipli kondisionerləri xüsusi yer tutur. Müasir dizaynı və geniş funksionallığı ilə seçilən, +46°C istidə və -20°C şaxtada işləyən LN seriyalı kondisionerlər Avropada ən prestijli sayılan Good Design Award premiyası ilə təltif olunub. "Premium İnverter" seriyası enerjiyə 40% qənaət etməklə 2017-ci ilin ən qənaətçil kondisioneri hesab edilir.
Əlavə olaraq, stendin qonaqları keyfiyyətinə görə dünya liderlərindən biri olan Mitsubishi Electric brendinin digər məişət, sənaye, yarımsənaye kondisionerləri, multi sistem və multizonal VRF sistemləri ilə yaxından tanış olma imkanına malik olacaqlar.
Şirkətin geniş təcrübəli mütəxəssisləri maraqlanan hər kəsə məhsulların texniki özəlliyi haqqında ətraflı məlumat təqdim etməyə hər zaman hazırdırlar. Bu isə öz növbəsində peşəkar məsləhət alma imkanı deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb











.jpg)








.jpg)
