Yenidən dünyanın ən varlı adamı oldu
Sərvəti 92,8 milyard dollara çatan Cef Bezos (Jeff Bezos), 27 İyuldan sonra yenidən Microsoft banisi Bill Qeytsi (Bill Gates) geridə qoydu.
ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un qurucusu Cef Bezos, yenidən dünyanın ən varlı adamı oldu.
"Marja"xəbər verir ki, Amazon-un, bu ilin üçüncü rübündə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 34 faiz artdığını açıqlamasından sonra, şirkətin qiymətli kağızlarına tələbat artıb.
Dünən Nyu-York Birjasında Amazon-un səhmləri 13,3 faiz bahalaşıb və şirkətin səhminin dəyəri şirkət tarixindəki ən yüksək səviyyə olan 1105 dollara qədər qalxıb.
Nəticədə Bezos sərvətinə 10 milyard dollar əlavə edib. Forbes-in "Dünyanın Milyarderləri Siyahısına" görə onun cəmi sərvəti 92,8 milyard dollara çatıb.
Beləliklə, 53 yaşlı milyarder Cef Bezos, Microsoft-un banisi və 90 milyard dollarlıq sərvəti olan 61 yaşındakı Bill Qeytsi geridə qoyaraq "dünyanın ən varlı adamı" adını təkrar əldə edib.
Bezos, Qeytsi 27 İyul tarixində də keçərək dünyanın ən varlı adamı olmuş, ancaq bu adı əldə etdikdən 8 saat sonra həmin gün itirmişdi.
AMAZAON 4-CÜ YERDƏDİR
Amazon-un səhmlərinin bahalaşması ilə şirkətin bazar dəyəri də 530 milyard dollara çatıb.
Bu nəticə ilə, Amazon dünyanın ən dəyərli 4-üncü şirkəti mövqeyini qoruyarkən, hələ də Microsoft-dan geridə qalır.
Dünyanın ən dəyərli 3-üncü şirkəti olan Microsoft-un bazar dəyəri 646 milyard dollardır.
Dünyanın bazar dəyəri baxımından ən böyük şirkətləri siyahısında birinci yeri Apple, ikinci yeri isə Google-ın ana təşkilatı olan Alphabet tutur.
Forbesin "Dünyanın Milyarderləri Siyahısına" görə də, Amerikalı sərmayəçi Uorren Buffett 3-üncü, İspaniyalı iş adamı və Zara-nın sahibi Amancio Ortega 4-üncü, Facebook-un qurucusu Mark Zuckerberg də 5-ci yerdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 47 d. əvvəl
-
55 d. əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib












.jpg)






