Böyük "balıq", kiçik "balığı" satın alır
Akvakultur (ferma) balıqçılıqda Avropanın ən mühüm ölkələrindən biri olan Türkiyədə sektorun iki böyük şirkəti birləşir. "Marja" xəbər verir ki, sektorunun nəhənglərindən olan və Türkiyənin 250-inci böyük şirkəti olan "Gümüşdoğa Su Məhsulları", "İlknak Su Məhsulları"nın hamısını satın alır.
"Gümüşdoğa su Məhsulları" 1997-ci ildə Milas-da qurulub. Balıq yemi istehsalı və akvakultur balığı yetişdirilməsində sektorun ən böyük şirkətlərindən biridir. Eyni zamanda İSO 500 siyahısında 250-inci yeri tutur. 2011-ci ildən bu yana daim ilk 500 şirkət içərisində yer alan şirkət, 2015-dən 2016-ya sıralamada yerini 70 pillə birdən qaldırıb.
Ötən ili 473.1 milyon TL dövriyyə ilə tamamlayan "Gümüşdoğa su Məhsulları" şirkətinin ixrac isə 61 milyon dollar səviyyəsindədir. Şirkətdə mindən çox adam çalışır.
"İlknak Su Məhsulları" 1996-ci ildə yaradılmışdır. Həm daxili bazar, həm də ixraca istiqamətli çalışan Türkiyədəki levrek və çapaq istehsalçılarından biridir.
İlknak, Türkiyə bala balıq bazarında mühüm mövqeyə və 100 milyon bala levrek və çapaq istehsalı gücünə malikdir. Ötən il 86.2 milyon TL dövriyyə ilə tamamlayan şirkət gəlirlərinin yarısından çoxunu ixracatdan əldə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 16 saat sonra
-
3 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
4 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
5 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat


















