Dollar ucuzlaşdı - Avronun qiyməti qalxır

Dünya valyuta birjalarında avronun qiyməti çərşənbə axşamı 1.1801 dollara kimi 1% bahalaşıb.
Bahalaşmaya səbəb isə dünən həm Almaniya, həm də Almaniyanın üzv olduğu Avrozona iqtisadiyyatı ilə bağlı ümumi iqtisadi inkişaf göstəricilərinin açıqlanmasıdır.
Almaniyada ÜDM 2017-ci ilin üçüncü rübündə 0.8% artıb və beləliklə, iqtisadi inkişaf səviyyəsi illik 1.0%-dən 2.3%-ə yüksəlib. Avrozonada isə iqtisadiyyat rüblük müqayisədə 0.6%, illik müqayisədə isə 2.5% artmaqla, inkişafına davam etməkdədir.
Bununla yanaşı, Avrozonanın birinci və dünyanın dördüncü ən güclü dövləti Almaniyada iqtisadi vəziyyəti əks etdirən və maliyyə bazarlarında böyük maraqla izlənilən "Avropanın İqtisadi Araşdırma Mərkəzinin" (alm.: "ZEW") indikatoru da avronun bahalaşmasına təsir edən amillər arasındadır. Belə ki, cari vəziyyəti ölçən "ZEW" indikatoru (88.8 punkt) gözləniləndən (88.0 punkt) yüksək, gələcək vəziyyət ilə bağlı "ZEW" indikatoru (18.7 punkt) isə gözləniləndən (20.0 punkt) zəif olsa da, keçmiş aya (17.6 punkt) nisbətən yüksək açıqlanıb.
Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında son günlər EUR/USD məzənnəsində müşahidə edilən bahalaşma proqnozlaşdırılırdı və korrektiv qiymətləndirilir. Avropa Mərkəzi Bankının vitse sədri Vitor Kostancio da bazar ertəsi son dövrlər Avrozonada müşahidə edilən iqtisadi canlanmanın, əminlik yaratmamalı olduğu xəbərdarlığını etmiş və inflyasiyanın hələ də çox zəif olduğunu xatırlatmışdır. Sonuncu inflyasiya göstəricilərinin isə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da yayımlanması gözlənilir.
Avro/Dollar valyuta cütlüyündə bahalaşmasının 1.1822$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
