Qazaxıstan Azərbaycan şirkətinə təşəkkür edib

Azərbaycanın aparıcı İT şirkəti “Cybernet” tibb sahəsində islahatlara verdiyi töhfəyə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşəkkür məktubu ilə təltif olunmuşdur.
Bununla bağlı şirkətin əməkdaşları baş direktor İlham Namazov və layihənin direktoru İsmayıl Hüseynli Qazaxıstan tibb təhsili və elmində aparılan islahatlarda iştirakına və Qazaxıstan tibb işçilərinin bilik və bacarıqlarının müstəqil qiymətləndirilməsi sisteminin yaradılmasına verdikləri töhfəyə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi Respublika Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən təşəkkür məktubları ilə təltif olunublar. Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə “Cybernet” Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi(RSIM) üçün işləyib hazırladığı İnteqrasiya olunmuş informasiya sistemini (İİS) uğurla test edərək təhvil vermişdir.
İİS-in pilot versiyası cari ilin oktyabrında “Cybernet” əməkdaşlarının və RSİM nümayəndələrinin iştirakı ilə uğurla işə salınıb. Pilot versiyanın istifadəsində iştirak etmiş personal sistemdən istifadənin sadə və etibarlı olduğunu qeyd edib.
İnteqrasiya olunmuş informasiya sistemi (İİS) təhlükəsiz şəbəkədə kompyuter testləşdirməsinə dair beynəlxalq tələblərə əsasən Dünya Bankının layihəsi çərçivəsində işlənib hazırlanmışdır. İİS inzibatçılıq, imtahana hazırlıq prosesinin idarə olunması, praktik vərdişlərin qiymətləndirilməsi, forum, vebinar, axtarış və hesabat sistemi kimi modullardan təşkil olunmuş kompleks bir sistemdir. Bu sistem həkimlər və tibb bacıları, ali tibb məktəblərinin məzunları, rezidentləri, internləri, kollec məzunları, professor-müəllim heyəti üçün nəzəri və praktik imtahanın aparılmasını təmin edir. Qeydiyyat, testləşdirmə və nəticələrin hesablanması avtomatik qaydada insan amilinin təsiri olmadan həyata keçirilir. Hər bir iddiaçı üçün yaradılan şəxsi elektron kabinet imtahan tarixini və vaxtını seçməyə, habelə imtahanda iştirak ərizəsi verməyə və onun gedişini izləməyə imkan verir. Testləşdirmənin nəticələri dərhal iddiaçının şəxsi kabinetinə göndərilir, onların silinməsi və yaxud dəyişdirilməsi mümkün deyil. Sistem informasiyanın və məlumat bazalarının bir neçə müdafiə səviyyəsinə, habelə hər hansı bir informasiya bölümünə səlahiyyətli və icazəsiz girişlərin nəzarətinə malikdir.
Səhiyyə mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsində İİS-in tammiqyaslı tətbiqinə 2018-ci ilin əvvəlindən başlanması planlaşdırılır. Hazırkı mərhələ sistem praktik fəaliyyətə buraxılana qədər tibb işçilərinin biliklərinin qiymətləndirilməsi zamanı qeydiyyat, testləşdirmə və nəticələrin təhlili prosedurunun həyata keçirilməsində keyfiyyəti və etibarlılığı yüksəldəcək.
Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi tərəfindən 2016-cı ildə həyata keçirilmiş bilik və vərdişlərin qiymətləndirilməsi zamanı korrupsiya risklərinin aradan qaldırılması üçün
inteqrasiya olunmuş informasiya sisteminin (İİS) işlənib hazırlanmasına dair tenderdə Azərbaycanın aparıcı İT şirkəti olan “Cybernet”lə yanaşı Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən 10 şirkət iştirak edib. Rusiyanın “Bars Group” şirkəti ilə konsorsiumda olan “Cybernet” şirkəti tenderdə qalib gəlib və 2016-cı il dekabrın 6-da Astanada Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi ilə bu sistemin işlənib hazırlanmasına dair müqavilə imzalayıb.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
38 d. əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 4 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?
