Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.
Həmin gənclər “Bakcell”in dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.
“Bakcell şirkəti uzun illərdir ki, öz Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Onların təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin olması çox vacibdir. Bakcell və “SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirib. Beləliklə, ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin Bakcell şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar “Floristika” gül dükanı, “Şirniyyat evi“ və “Çay evi“ layihələridir.
Gənclərin biznes planlarının hazırlanmasına mütəxəssislər tərəfindən dəstək göstərilib. Qiymətləndirmə zamanı biznes planın hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma imkanları, müraciət edən şəxsin təcrübəsi və sosial vəziyyəti və. s kimi meyarlar əsas götürülüb.
Azər Vəliyev (ad şərtidir) bir müddət çay evində çayçı və ofisiant kimi çalışıb. İşin detallarına bələddir. Biznes planı düzgün tərtib edib.
Vasif Məmmədov (ad şərtidir) gül mağazasında köməkçi işləyib. 7 ildir, işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda öz gül mağazasını açmağa iddialıdır. Biznes planı mükəmməl hazırlanıb.
Aydan Əliyeva (- ad şərtidir) də bir neçə ildir ki, şirniyyatçı yanında köməkçi işləyir. Əksər qənnadı məhsullarını sərbəst hazırlamağı bacarır.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Bakcell şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.
Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 7 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
11 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
12 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM














.jpg)







.jpg)



