Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Büdcədə neftin qiymətinin 45 dollar götürülməsinin səbəbi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcədə neftin qiymətinin 45 dollar götürülməsinin səbəbi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2018-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 45 dollardan götürülüb. Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik".

 

Reklam_3_11

Bunu Milli Məclisin bugünkü plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.


 
Onun sözlərinə görə, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək: "Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 mlrd. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 mlrd. manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ilə təsadüf edir. Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 mlrd. manat artmasını təmin edirik. Belə bir yanaşma Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialın möhkəmlənməsi, yaradılan yeni müəssisələr, yeni iş yerləri və sairinin nəticəsində mümkün olub".

 

© APA

21.11.2017 09:55

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18