"Manat 10% bahalaşıb, büdcədə artıqlıq yaranıb"
Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.
Bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - nazir deyib.
S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Azərbaycanda iqtisadiyyatın resessiya tempi bir il ərzində 3,9 faizdən 0,6 faizədək azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, ÜDM-nin 1,2 faizi qədər profisit (artıqlıq) əldə olunub".
Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın qeyri-neft sektoru da 2,5 faiz artıb: “Qeyri-neft ixracının stimullaşdırılması nəticəsində xarici ticarət balansında 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb”.
Qeyd edək ki, rəsmi olaraq Manat Dollar qarşısında 11,4% möhkəmlənib. Fevralın əvvəli rəsmi məzənnə 1.92 səviyyəsinə qalxmışdı.
© Report, Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)



