11 müəssisə və istixana kompleksindən ibarət sənaye parkı tikilir
Keçən ilin iyun ayında Ağstafada yerli sahibkarlar tərəfindən bir neçə layihənin icrasına start verilmişdir. Bu layihələrin sırasında “Karvan-L EKO” sənaye parkının yaradılması mühüm yer tutur.
Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən ilkin olaraq ayrılmış 12,5 hektar ərazidə müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri yaradılmışdır. Qısa vaxt ərzində sənaye parkında polietilən örtüklərin, plastik tullantıların təkrar emalı, xüsusi dəmir konstruksiyaların, dəmir dam örtüklərinin, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərələrin, günəş enerjisi ilə dolan batareyaların, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirən istixana kompleksi tikilərək istifadəyə verilmişdir.
Müəssisələrin tikintisinə və istixana kompleksinin quraşdırılmasına 12,5 milyon manat özəl investisiya yatırılmışdır.
Sənaye parkının istehsal sahəsi 11 müəssisə və istixana kompleksindən ibarətdir. Parkda 9 müəssisə və istixana fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif növ istehlak malları və inşaat materialları istehsal edilir.
Hazırda sənaye parkının ərazisində keramika dam örtükləri və şüşə qab istehsalı müəssisələrinin tikintisi davam edir.
Layihəyə daxil olan kənd təsərrüfatı məhsullarının marketinq və soyuducu anbar kompleksi isə gələn il istifadəyə veriləcək.
Bundan başqa, parkda kənd təsərrüfatı məhsullarının saxlanılması və qablaşdırılması müəssisəsi tikilir, eləcə də 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağları salınır. Bütün bu işlərin icrası nəticəsində əlavə olaraq 300 nəfərin daimi, 1000 nəfərin mövsümi işlə təmin olunması gözlənilir.
İXRAC EDİLİR
“Karvan-L EKO” Sənaye Parkında istehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara da ixrac edilir. İstehsal edilən məhsullar eko standartlara cavab verdiyindən xarici bazarlarda onlara maraq çoxdur. Parkın mozaik daş emalı sahəsində Ağstafa rayonunun Tatlı kəndində yerləşən mədəndən təbii daşlar (göy və qırmızı) xüsusi qurğularla kəsilərək blok halına salınıb müəssisəyə gətirilir. Sonra daş emalı sahəsində mozaik daşlar hazırlanır. Dəmir dam örtüklərinin hazırlanmsında İngiltərənin “Corus-Tata Steel” şirkətinin məhsulu olan metaldan istifadə olunur. Tərkibində paslanmaya qarşı sink olan metalın üzərinə 5-7 qatdan ibarət poliestr örtük çəkilir. Şirkət bu məhsullara 25 il zəmanət verir.
Plastik qapı-pəncərə, həmçinin şüşə-metal konstruksiya istehsalı sahəsində də müəssisə yüksək texnologiyaya əsaslanır. Belə ki, plastik profillərdən müxtəlif ölçüdə və müxtəlif rəngdə qapı və pəncərələr, eləcə də paket şüşələr hazırlanır. Həmin məhsullar da daxili və xarici bazarlarda həvəslə alınır. Qranul istehsalı müəssisəsində isə polietilen tullantılar xüsusi qurğulardan keçərək yuyulur, doğranır və yenidən emala verilir.
“Karvan-L EKO” Sənaye Parkına daxil olan müəssisələrin hamısında Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılmışdır. Burada üçmərtəbəli modern tipli inzibati bina inşa edilmiş, parkın həyətində abadlıq və dekorativ yaşıllıq salınmış, içməli su xətti çəkilmişdir.
YENİ SATIŞ MƏRKƏZİ TİKİR
Hazırda şirkətin ərazisində yeni satış mərkəzi tikilir. Burada məhsulların nümayişi ilə yanaşı, satışı, müqavilələrin bağlanması əməliyyatları aparılacaq. Mərkəzdə xarici alıcılar üçün də hər cür şəraitin yaradılması nəzərdə tutulub.
“Karvan-L EKO” şirkətinin icraçı direktoru Zaur Hüseynov dedi ki, balıqçılığı inkişaf etdirmək üçün 2 hektar süni göl yaradılmışdır və yaxın günlərdə həmin gölə balıq buraxılacaq. Əsasən sazan, belamor balıq növləri artırılaraq əhaliyə satılacaq. Bundan başqa, 9 hektarda kartof əkilmişdir. Hazırda həmin ərazilərdən bol məhsul götürülür.
HEYVANDARLIĞI DA İNKİŞAF ETDİRƏCƏK
Şirkət fəaliyyət dairəsini genişləndirməklə həm məhsul bolluğu yaradır, həm də çoxlu işçi qüvvəsi cəlb edir. Bu məqsədlə keçən il 3,5 hektarda yeni fındıq, 5,2 hektarda alma bağları salınmışdır. Yaxın gələcəkdə isə heyvandarlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Bunun üçün hazırlıq işlərinə başlanılmışdır. Heyvandarlığın yem bazasının yaradılması üçün 12 hektarda qarğıdalı, 14 hektarda yonca, ümumilikdə 40 hektarda yem bitkiləri əkilmişdir.
Şirkətin müəssisələrində işləyənlərin hamısı yerli sakinlərdir.
© “Azərbaycan”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
30 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
44 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq






















