Dünya üzrə halal bazarın həcmi 4 trilyon dollara çatıb
“Dünya üzrə müsəlmanların sayı 2 milyard nəfər yaxındır və onların halal qidaya və halal sektora qarşı həssaslığı ilbəil artmaqdadır”.
Bu barədə Dünya Halal Sammitində (World Helal Summit) “Discover Events”in İdarə Heyətinin sədri Yunus Ete bildirib.
Onun sözlərinə görə, dünya üzrə halal bazarın həcmi 4 trilyon dollar təşkil edir ki, bunun 2 trilyon dolları İslam bankçılığı, ödəmə sistemləri və sığorta kimi sektorları özlərində birləşdirən İslam maliyyəsinin, 1 trilyon dolları halal qidanın, 250 milyard dolları halal turizmin payına düşür.
Y.Ete əlavə edib ki, İslam maliyyəsi İngiltərə, İsveçrə, Malayziya, Bəhreyn, Səudiyyə Ərəbistanında daha çox istifadə olunur.
İnkişaf etməkdə olan müsəlman ölkələrində mütəmadi olaraq İslam maliyyəsinə aid yeni məhsulların tətbiq edildiyini deyən Y.Ete əlavə edib ki, bu baxımdan Türkiyə xeyli inkişaf edib.
“Dünya üzrə halal turizm sektorunun həcmi 250 milyard dollara çatıb. Son zamanlar bu baxımdan Türkiyə xeyli inkişaf edib. Türkiyədə xidmətini halal turizm üzərində quran otellərin sayı durmadan artır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin qlobal halal bazarındakı payı 2-5% təşkil edir: “Hazırda Türkiyənin halal bazardakı payı 100 milyard dollara çatıb ki, bunun da 55 milyard dolları İslam maliyyəsinin payına düşür. İnanıram ki, dünya üzrə payımız 10%-ə, yəni 400 milyard dollara çatacaq. Atılan müvafiq addımlarla buna qıda müddət ərzində nail ola biləcəyik”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








