“PAŞA Həyat” Bakı Dövlət Universitetinin tələbələrini mükafatlandırıb
“PAŞA Həyat” şirkəti Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri üçün “Azərbaycanda həyat sığortası” mövzusunda elan etdiyi yazı müsabiqəsinin nəticələrini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, müsabiqənin yekunlarına həsr olunmuştədbiri giriş sözü ilə açan “PAŞA Həyat” sığorta şirkətinin əməkdaşı Elnur Hüseynquluyev müsabiqənin nəticələri ilə bağlı geniş məlumat verib. “Müsabiqəyə ötən ilin noyabr ayının 23-dən start verilib və yekun olaraq müsabiqəyə tələbələr tərəfindən 23 yazı təqdim olunub. Həyat sığortasının spesifik sahə olmasına baxmayaraq, tələbələrin təqdim etdiyi məqalələr sırasında həyat sığortasının mahiyyəti, həyat sığortasının vacibliyini, eləcədə həyat sığortasının əsas üstünlüklərini özündə əks etdirən maraqlı yazılar olub. Müsabiqədə yer tutumuş məqalələr “PAŞA Həyat” və BDU-nun əməkdaşlarından ibarət münsiflər heyətinin üzvlərinin apardıqları qiymətləndirmə nəticəsində müəyyənləşib.Artıq biz bu gün həmin qaliblərin adlarını elan edərək onları mükafatladıracağıq. Ümid edirəm ki, “PAŞA Həyat” şirkətinin BDU ilə əməkdaşlığı bununla bitməyəcək, yeni layihələr üzərində işləyərək gəlcəkdə BDU ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik” - deyə E.Hüseynquluyev qeyd edib.
Tədbirdə çıxış edənBDU-nun jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli “PAŞA Həyat” şirkəti tərəfindən həyata keçirilən yazı müsabiqəsi layihəsini yüksək qiymətləndirərək gələcəkdə BDU ilə bu cür layihələrin davamlı olmasına əminliyini bildirib. C.Məmmədli sözlərinə görə, bu müsabiqənin keçirilməsi jurnalistika fakulətəsinin tələbələrinin həyat sığortası sahəsində geniş maariflənməsi ilə yanaşı onların gələcək işlərinə də böyük təsiri olacaq.
Daha sonra müsabiqədə yer tutmuş tələbələrin mükafatladırılmasına başlanılıb. Münsiflər heyəti üzvlərinin yekun qərarı ilə 70 balla I yerin qalibi Rizvan Fikrətoğlu, 68 balla II yerin qalibi Ulucay Akif və 64 balla III yerin qalibi Həşim Səhrablı elan olunub. “PAŞA Həyat” tərəfindən I yerin qalibinə 500 AZN, II yerin qalibinə 300 AZN və III yerin qalibinə isə 200 AZN pul mükafatı və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, mükafatlandırma mərasimində “PAŞA Həyat” sığorta şirkətinin maarifləndirmə şöbəsinin müdiri Pərviz Quliyev, BDU-nun jurnalistika fakultəsinin tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova və digər şəxslər iştrak edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















