Binaların tikintisi üçün yeni tələblər
Azərbaycanda yaşayış binanın mərtəbələrinin sayından və sahəsindən asılı olaraq tikinti planlaşdırılan ərazidə yer ayrılacaq.
Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normativ sənədinə dəyişiklikdə əksini tapıb.
Ərazidən istifadənin intensivliyi yaşayış tikintisinin sıxlığı və ərazinin tikinti faizi ilə səciyyələnəcək. Yaşayış zonaları ərazilərinin tikinti sıxlığı və tikinti faizi ərazinin şəhərsalma baxımından əhəmiyyəti, ətraf mühitin vəziyyəti, şəhərsalma şəraitinin digər xüsusiyyətləri nəzərə alınmaqla, şəhərsalma reqlamentinə uyğun qəbul edilməlidir. Ümumən planlaşdırılan ərazinin 10 faizdən 40 faizə qədər hissəsində tikinti aparılmasına icazə veriləcək. Məsələn, planlaşdırılan tikinti sahəsi 1 hektardırsa, həmin ərazinin 10 faizində 8 mərtəbədən 25 mərtəbəyədək binaların tikintisinə yerüstü mərtəbələrin sahəsindən asılı olaraq, icazə veriləcək. Bu halda 10 mərtəbəyədək yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 11-15 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 16-20 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 21-25 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər. Planlaşdırılan tikinti sahəsinə müvafiq nisbətdə yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi artacaq. Planlaşdırılan tikinti sahəsi 2 hektardırsa, o halda 7-25 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi də iki dəfə artıq olacaq.
Planlaşdırılan 1 hektar tikinti sahəsində 3-17 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 15 faizinin ayrılmasının şərtləri də açıqlanıb. Bu halda 3-7 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 7-10 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 10-14 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 14-17 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.
Planlaşdırılan 1 hektar tikinti sahəsində 2-13 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 20 faizin ayrıla bilər. Bu halda 2-5 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 5-8 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 8-10 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 10-13 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.
Planlaşdırılan 1 hektar tikinti sahəsində 2-10 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 25 faizin ayrıla bilər. Bu halda 2-4 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 4-6 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 6-8 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 8-10 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.
Planlaşdırılan 1 hektar tikinti sahəsində 1-8 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 30 faizin ayrıla bilər. Bu halda 1-4 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 3-5 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 5-7 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 7-8 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.
Planlaşdırılan 1 hektar tikinti sahəsində 1-7 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulubsa, bu zaman tikintiyə ərazinin 40 faizin ayrıla bilər. Bu halda 1-3 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 4,1 min kv.m, maksimum 10 min kv.m, 2-4 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 10 min kv.m, maksimum 15 min kv.m, 4-5 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 15 min kv.m, maksimum 20 min kv.m, 5-7 mərtəbəli yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi minimum 20,1 min kv.m, maksimum 25 min kv.m ola bilər.
Bu hallarda da planlaşdırılan tikinti sahəsi 1 hektardan artıq olduqda, planlaşdırılan tikinti sahəsinə müvafiq nisbətdə yaşayış binalarının yerüstü mərtəbələrinin ümumi sahəsi artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























