Palata bu şirkətin lisenziyasını dayandırıb, 1 ay vaxt verdi
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.
"Marja"nın əldə etdiyi məlumata görə, Palata tərəfindən aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir.
Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır.
LƏĞVİ MƏSƏLƏSİNƏ BAXILACAĞI BİLDİRİLİB
Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilmişdir və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilmişdir.
Sosial şəbəkələrdə yaradılmış səhifələrdə qeyd olunur ki, Progress Sığorta Agentliyi AXA MBASK sığorta şirkətinin rəsmi tərəfdaşıdır. Amma AXA MBASK sosial şəbəkələrdə yazılanların yanlış olduğunu, şirkətin Progress Sığorta Agentliyi adda tərəfdaşının olmadığını bildirir.
AXA MBASK DA YOXLANMIŞDI
Xəbər verildyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildi ki, “AXA Mbask” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilmişdir.
"Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilmişdir".
Sığortaçılar və vasitəçilər qanunsuz endirim etməkdə davam etdiklərinə, qanunverciliyin tələblərinə məhəl qoymadıqlarına görə, Palata ciddi tədbirlər görməyə başlayıb.
QANUN NƏ DEYİR?
“Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.7-ci bəndinə görə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər pozularsa Sığorta nəzarəti orqanı lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır.
106.1.10-cu bəndə görə də, sığorta vasitəçisinin Qanunun 88.3-cü və 93.2–3-cü maddələrinin tələblərinə riayət etməsə lisenziyanın qüvvəsi 6 ayadək müddətə dayandırılır.
88.3-cü maddədə yazılır ki, hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs sığorta nəzarəti orqanında attestasiyadan keçməlidir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 93.2-3-cü maddəsinə görə, Fiziki şəxs sığorta agenti fəaliyyəti barədə rüblük hesabatı sığorta nəzarəti orqanının müəyyən etdiyi formada həmin orqana təqdim etməlidir. “Progress-Sığorta Agentliyi” hüquqi şəxs olduğundan bu maddə şirkətə aid deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
1 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
2 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
3 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib




















