Yeni vergilər naziri məşhur milyarderlə görüşüb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) mətbuat xidmətindən verilən məlumata görə, konqresdə qurumun prezidenti Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Ümumilikdə 126 milli federasiyanın qatıldığı tədbirdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub. Forumda qərara alınıb ki, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilsin. Qahirə (Misir) və Zaqreb (Xorvatiya) şəhərləri isə müvafiq olaraq, 2019 və 2020-ci ildə keçiriləcək veteran qılıncoynadanların mundialına ev sahibliyi edəcək.
Tədbir çərçivəsində AQF nümayəndə heyəti FİE prezidenti, məşhur milyarder Alişer Usmanov, Avropa Qılıncoynatma Konfederasiyasının rəhbəri Stanislav Pozdnyak, o cümlədən Ukrayna, Gürcüstan Qılıncoynatma Federasiyalarının rəhbər şəxsləri və Rusiya millisinin baş məşqçisi İlqar Məmmədovla ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanda qılıncoynatmanın inkişafı, məşqçilər və idmançıların təcrübə yığması üçün əməkdaşlıq perspektivləri, idmançıların beynəlxalq turnirlərdə iştirakı müzakirə olunub.
M.Cabbarov əslən azərbaycanlı ikiqat olimpiya çempionunu Rusiya Federasiyasının "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edib. İ.Məmmədovun bu idman növünün inkişafında xidmətlərini yüksək qiymətləndirən AQF prezidenti ona məşqçilik fəaliyyətində uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







