Dəmirbank 100-ə yaxın müştəriyə güzəşt təqdim etdi
DəmirBank 100-ə yaxın daimi pul köçürmə müştərilərini güzəştli kateqoriyaya daxil edib. Kateqoriyalar müştərilərin ölkədaxili Şimşək pul köçürmə sistemi ilə müəyyən dövr üzrə (ay, rüb, yarım il və ya il) köçürmə məbləğlərinin həcminə əsasən A-dan C-ə qədər yüksəlir.
Hər bir kateqoriyada olan müştərilər göndərdiyi məbləğdən və əməliyyat sayından asılı olaraq pul köçürməsi tariflərində 0.3%-dək güzəşt əldə edir. Bundan əlavə güzəştli kateqoriyalara daxil edilmiş müştərilərin köçürdüyü məbləğdən asılı olmayaraq maksimal komissiya 70 AZN / USD / EUR-u keçmir. Hər hansı güzəşt kateqoriyasına aid edilmiş müştəri növbəti dövr ərzində etdiyi köçürmə həcmindən asılı olmayaraq aşağı kateqoriyaya salınmır, lakin daha yuxarı kateqoriyaya yüksəldilə bilər.
DəmirBank-ın Şimşək sistemi vasitəsilə ölkədaxili pul vəsaitini daha rahat şəkildə köçürmək və ya almaq mümkündür. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. Şimşək pul köçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)







.jpg)


