İslandiya şirkəti Azərbaycanın maliyyə bazarına buraxılmadı
Vergilər Nazirliyi İslandiyanın “Creditinfo” şirkətinin iştirakı ilə yaradılmalı olan ölkənin ilk kredit bürosunu dövlət qeydiyyatına almaqdan imtina edib.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Xatırladaq ki, “Creditinfo-Azerbaijan” adlı şirkətin 4,6 milyon manat (təxminən 2,3 milyon avro) məbləğində nizamnamə kapitalı ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu məbləğin 51%-ni İslandiya tərəfi, 49%-ni isə Azərbaycanın 19 bankı, "TBC Kredit" bank olmayan kredit təşkilatı və "PAŞA Sığorta" şirkəti təmin etməli idi.
Mənbənin məlumatına görə, nazirlik qeydiyyatdan imtinaya rəsmi səbəb kimi təsis sənədlərində olan çatışmazlıqları göstərib. Qeydiyyat məsələsi ləngidiyi üçün yerli təsisçilərdən 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitə Bank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” özləri ayrıca kredit bürosu yaratmağa qərar veriblər. Təşəbbüs qrupunun dekabrın 20-də keçirilmiş iclasında "Azərbaycan Kredit Bürosu" şirkətinin yaradılması qərara alınıb.
Bununla belə, "Creditinfo"nun Azərbaycanın maliyyə bazarına buraxılmaması ilə bağlı qeyri-rəsmi səbəblər də göstərilir. Bunlardan biri odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İslandiya şirkətinin büronun nizamnamə kapitalında 51%-lik paya malik olmasını istəməyib. Yəni, xarici təsisçinin büroda əsas söz sahibi olmasına ilkin mərhələdə razılıq verilsə də, sonradan fikir dəyişib. Baxmayaraq ki, yerli təsisçilər "Creditinfo"nun bu sahədə zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq, onun əsas səhmdar olmasında maraqlı olublar. Digər səbəb kimi isə, İslandiya şirkətinin gələcəkdə ölkədən hansısa məlumatları xaricə ötürməsi ehtimalı göstərilir. Yəni, informasiya təhlükəsizliyi nəzərə alınaraq “Creditinfo-Azerbaijan” layihəsinin hələ ki, dondurulmasına qərar verilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
5 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
55 d. əvvəl
“Alstom” şirkəti Meksika ilə 1 milyard dollarlıq müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi məzənnələr açıqlandı
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
Ən çox oxunanlar
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 28-də gözlənilən hava şəraiti
Xalq Bank 21 illiyini qeyd edir
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb




















