Trampdan neft və qaz həmləsi
ABŞ Prezidenti Donald Trumpın hökuməti, ölkənin dənizlərində neft - qaz axtarışı və istehsalı fəaliyyətlərinə icazə vermək üçün bir plan hazıradıqarını açıqlayıb.
ABŞ Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Sakit və Atlantik okeanları Meksika Körfəzi sahillərində neft və qaz hasilatı, qazma və istehsalına icazə vermək üçün "Amerikanın Dəniz Neft və Qaz Potensialını Sərbəst Buraxmaq" adlı 5 illik bir plan hazırlandığı bildirilib.
"Marja" xəbər verir ki, açıqlamada, plan çərçivəsində, ABŞ-ın federal sahillərinin və açıq dənizlərinin 90%-dən çoxunun 2019-2024 dövründə neft-qaz axtarışı, qazma və istehsalı fəaliyyətlərinə açılmasının nəzərdə tutulduğu bildirilib.
Neft-qaz şirkətərinin icarə müqaviləsi yolu ilə axtarış-qazma və istehsal fəaliyyətləri ilə məşğul ola biləcəyi qeyd edilən açıqlamada, plan sayəsində Alyaskada 19, Sakit Okean regionunda 7, Atlantik Okeanı regionunda 9 və Meksika Körfəzi ortalarında 12 sahənin neft və qaz fəaliyyətinə açılacağı məlumatına yer verilib.
Açıqlamada fikirlərinə yer verilən ABŞ Daxili İşlər Naziri Ryan Zinke, "Enerji resurslarımız iqtisadiyyatımız və enerji təhlükəsizliyimiz baxımından əhəmiyyətlidir" ifadəsini istifadə edib.
Açıqlamada, plan ilə əlaqədar olaraq ABŞ ictimaiyyətinin, şirkətlərinin və təşkilatlarının 16 Yanvardan etibarən fikirlərinin qəbul olunmağa başlanacağı məlumatı da verilib.
Sierra Club-dan sərt reaksiya
ABŞ Daxili İşlər Nazirliyinin açıqlamasının ardından, ilk reaksiya ekologiya təşkilat Sierra Club tərəfindən olub.
Sierra Club-dan verilən edilən açıqlamada, ABŞ-ın Nyu Cersi, Şimali və Cənubi Karolina, Virciniya ilə Florida ştatlarının qubernatorlarının və xalqının açıq dənizlərdə qazma fəaliyyətlərinə qarşı olduğu vurğulanıb.
Açıqlamada fikirlərinə yer verilən Sierra Club-un İcraçı Direktoru Maykl Brune, "Trump və Zinke, kampaniyalarını dəstəkləyən və hökumətdə yer alan enerji sənayesinə qulaq asır, ABŞ xalqının istəklərinə qarşı hərəkət edir",- deyib.
Həmçinin, açıqlamada, Trumpın sələfi Barak Obamanın Ağ Evdən ayrılmadan əvvəl Qütb bölgəsində və Atlantik okeanındakı açıq dənizlərdə qazma fəaliyyətini müddətsiz olaraq qadağan etdiyi xatırladılıb.
Obamanın 2016-cı ilin Dekabr ayında verdiyi qərarda, ABŞ-ın Qütb zonalarının və Atlantik Okeanı sahillərinin neft - qaz axtarışı və istehsalı fəaliyyətinə "müddətsiz bağı" olacağını bildirmişdi.
Ekspertlər, ABŞ Daxili İşlər Nazirliyinin yeni planının fəaliyyətə keçməsinin təxminən 18 ay davam edəcəyini bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. sonra
-
48 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 49 d. əvvəl
-
-
56 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























