"Pensiyalar 5-10 manat indeksləşdirməyə məruz qalacaq"
Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi artan xərcləri örtməyə yetərli deyil, deyə iqtisadçı Qubad İbadoğlu hesab edir.
Prezidentin əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin inflyasiyası səviyyəsində indeksləşdirilməsi və minimum əmək haqlarının 116 manat müəyyən edilməsi barədə sərəncamını şərh edən ekspert deyib ki, pensiyaların baza hissəsi də artırılmalı idi.
Qeyd edək ki, hazırda pensiya iki hissədən ibarətdir – baza (110 manat) və sığorta (qalan məbləğ) hissəsi.
Əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq.
“Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapozonunda indeksləşdirməyə məruz qalacaq. Təbii ki, bahalaşan qiymətlərin fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək», deyə Q.İbadoğlu hesab edir.
Prezidentin minimum əmək haqqını 116 manata artırmaq barədə sərəncamı ilə bağlı iqtisadçı deyib ki, minimum əmək haqqı norması yaşayış minimumundan, o isə öz növbəsində minimal istehlak səbətindən asılıdır.
«Hələ ötən ilin oktyabr ayına olan qiymətlə əsaında aparılmış müstəqil ekspertlərin hesablamaları göstərirdi ki, yaşayış minimunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 200 manat, uşaqlar üçün 259,9 manatdır. Halbuki 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində təyin edilib», deyə o bildirib.
Q.İbadoğlu qeyd edib ki, hətta artımdan sonra Azərbaycan 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatllıq, Böyük Britaniyada isə 3 saatlıq minumum əmək haqqı səviyyəsinə çatıb.
© Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



