Banklar xarici borclarını "əridir"
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2018-ci il yanvarın 1-nə 2 milyard 308,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının(AMB) məlumatına görə, bu, dekabrın 1-nə olan göstərici ilə müqayisədə 192,7 milyon manat və ya 7,7% azdır. Keçən ilin əvvəli ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 3,13 dəfə azalıb.
Kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2 milyard 266 milyon ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin hökumətə ötürülməsi səbəbindən baş verib. Nəticədə dollar ekvivalentində xarici öhdəliklər yanvarın 1-nə 1 milyard 357,7 milyon dollar təşkil edib. Bu göstərici dekabrın 1-nə 1 milyard 471 milyon, noyabrın 1-nə 1 milyard 500 milyon, oktyabrın 1-nə 1 milyard 592 milyon, sentyabrın 1-nə 3 milyard 779,1 milyon dollar olub. Yəni dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 113,3 milyon dollar azalma göstərib.
Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 milyard 71,7 milyon manat və ya 4 milyard 211,7 milyon dollara bərabər olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 55 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb





.jpg)








.jpg)






