“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin növbəti mərhələsi yekunlaşıb
“Ofisait” mağazalarının təşkilati dəstəyi və OYAL məktəbli ləvazimatlarının sponsorluğu ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsi uğurla davam etdirilir. Hazırda müsabiqənin 5-ci mərhələsi sona çatıb.
Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən müsabiqənin 5-ci mərhələsində yeni rəsm çəkməyə başlayan həvəskarlarla yanaşı, ölkəmizi Yaponiya, Hindistan, Türkiyə və s. ölkələrdə beynəlxalq rəsm müsabiqələrində uğurla təmsil edən, peşəkar yaradıcılıqla məşğul olan uşaqlar da iştirak edib.
“Mənim Azərbaycanım” layihəsi vasitəsilə OYAL-ın rəsm həvəskarlarını aşkarlaması, onların yeni müstəvidə öz qabliyyətlərini bir daha sınaya bilməsi üçün şərait yaratması valideynlər tərəfindən də müsbət qarşılanır. Qeyd edək ki, layihə xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə həyata keçirilir. Görkəmli rəssam hər bir uşaqla individual sorğu keçirir, mövzuya aid çəkdiyi rəsm əsərinin daha uğurlu alınması üçün lazımi istiqamətlər verir. Həmçinin iştirakçılar rəssamının xalq nağılları əsasında yağlı boya ilə çəkdiyi əsərləri haqda suallar verib, cavabları maraqla dinləyiblər.
Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Layihə zamanı çəkilən bütün əsərlər 6 ay ərzində təşkilatçıda toplanacaq və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunan komissiya tərəfindən qiymətləndirilmə həyata keçiriləcəkdir. 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacağı nəzərdə tutulur. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 6-cı mərhələsi 15 fevral 2018-ci il, saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi 11 ünvanında yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir. Növbəti müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.
Ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)



.jpg)









