Bank of Baku-dan müştərilərə HƏDİYYƏ

14 fevral 2018-ci il tarixində 24 yaşını qeyd edən Bank of Baku ad gününə özəl olaraq müştərilərini sevindirəcək möhtəşəm kampaniyaya start verir.
Ölkənin innovator bankı hesab edilən Bank of Baku 24 il ərzində təqdim etdiyi xidmət və məhsullarla müştərilərinə yaxın ən üstün xidməti göstərmiş və “Sizə Yaxın Bankçılıq” şüarına sadiqlik nümayiş etdirmişdir.
24 illik sədaqət və sevgi üçün müştərilərinə təşəkkür edən Bank məhz 24 yaşa ÖZƏL olaraq bütün məhsul və xidmətlərini komissiyasız etdi.
Belə ki, düz 3 gün ərzində - 13, 14, 15 fevral tarixlərində Bankın müştəriləri aşağıdakı bank xidmət və məhsullarından heç bir əlavə komissiya ödəmədən faydalana bilərlər:
- Kredit məhsulları 0% KOMİSSİYA ilə – Müştərilər 15.000 manatadək Nağd pul krediti, 70.000 manatadək Mümkündür və 300.000 manatadək Biznes krediti məhsulunu heç bir əlavə komissiya ödəmədən əldə edə bilərlər;
- Təcili Pul köçürmələrinə 0% KOMİSSİYA – Bank of Baku-nun müştəriləri istər ölkəxarici, istərsə də ölkədaxili pul köçürmə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər;
- Dostlar Klubu üzvlərinə 0% KOMİSSİYA ilə Nağdlaşdırma – Kampaniya müddətində Dostlar klubu üzvləri nağdlaşdırmanı 0% komissiya ilə həyata keçirə bilərlər. Məsələn, 100 AZN istifadə üçün 104 AZN yox, sadəcə 100 AZN ödəyəcəklər.
- Bolkart kredit və debet kartları, plastik kartlar PULSUZ – Bolkart sahibi olmaq istəyən şəxslər kampaniya çərçivəsində Bolkart Gənc və ya Bolkart Ailə debet/kredit kartlarını pulsuz əldə edə bilərlər. Eyni zamanda Bank of Baku-nun digər plastik kart məhsullarını da xidmət haqqı ödəmədən sifariş etmə imkanı olacaq.
“Bank of Baku”-nun 24 yaşa özəl kampaniyaları haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
-
1 saat əvvəl
ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb
-
1 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə külək enerjisi layihələrinin icrası müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
Ən çox oxunanlar

Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

“PAŞA Bank” Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşıdır

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq
