Expressbank-da “Zolotaya korona” pul köçürmələri 70% artıb.
Müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən Expressbank 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.
Hazırda “Zolotaya Korona” Expressbank müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir.
Bekə ki, 2015-ci ilin son rübü ilə müqayisədə ötən ilin son rübündə “Zolotaya Korona” sistemi ilə pul köçürmələrin sayı 70% artıb.
Bu artım müştərilərin Expressbank-a bəslədiyi rəğbətinin bariz nümunəsidir.
Xatırldaq ki, Expressbank-ın “Zolotaya Korona” pul köçürmələri sistemi ilə birlikdə xüsusi tarif əsasında həyata keçirdiyi aksiya hələ də davam edir. “Zolotaya Korona” pul köçürmələri sistemi ilə Expressbank vasitəsi ilə pul göndərən müştərilər xüsusi endirilmiş tariflə xidmət olunacaqlar. Belə ki, Rusiya, Belarusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova ölkələrinə pul göndərən Expressbank müştəriləri bu əməliyyat üçün 0,8%-dən başlayan tariflərlə komissiya ödəyəcəklər. Pul köçürmələri USD, Rubl və Avro valyuta növlərində göndərilə bilər. Aksiya 28 fevral 2017-ci ilədək davam edəcək.
Ümumiyyətlə, Expressbank-la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər.
Qeyd edək ki, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin Contact, Lider, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
51 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
55 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi







.jpg)



.jpg)








