Dövlət Fondu innovativ layihələrin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edir

Dövlət Fondu İKT sahəsi üzrə innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə növbəti qrant müsabiqəsini elan edir
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir:
-Mütərəqqi proqram təminatının hazırlanması;
-İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
-İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
-Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
-İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:
1. Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
2. Layihə Azərbaycan Respublikası Prezidentinin 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;
3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
4. Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak etməlidir.
Layihələrin qəbul qaydaları:
Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilməlidir.
Təqdim edilmiş layihələr aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı;
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;
3. Layihənin kommersiyalaşdırılma potensialı;
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı;
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq əsaslandırılması;
9. Layihədə aparılan iqtisadi hesablamaların reallığı;
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 1 mart 2018-ci il tarixdən başlayır və 30 aprel 2018-ci il tarixdə başa çatır.
Layihələrin qəbulu üçün son tarix: 30 aprel 2018-ci il, saat 18:00.
Əlaqə:
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4
Telefon: (+99412) 5383787
Faks: (+99412) 5383789
Elektron poçt: [email protected]
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 52 d. əvvəl
-
55 d. əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
2 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl

Azərbaycan neftinin son qiyməti

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
