Əks dollarlaşma davam edir
Əhalinin banklarda xarici valyutadakı əmanətləri 5 milyard manatdan da aşağı düşüb.
“Marja” xəbər verir ki, 2018-ci ilin Yanvar ayının sonuna xarici valyutalar ilə yerləşdirilmiş əmanətlər 4 milyard 967.4 milyon manat təşkil edib. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 60,9 milyon manat azdır.
Yanvarda əhalinin mili valyutadakı əmanətləri isə Dekabr ayının sonu ilə müqayisədə 2 milyard 532.9 milyon manatdan 2 milyard 529.6 milyon manata düşüb (3,3 milyon manat azalma).
Göründüyü kimi, xarici valyutadakı əmanətlər daha çox azalıb. Əvvəlki illərdə, əsasən Dollarda yerləşdirilmiş əmanətlərin müddəti başa çatır. Xarici vayutada yerəşdirilən əmanətlərə 2-3% gəlir təklif edilməsi, əmanətləri xarici valyutada saxlamağa marağı azaldır. Digər tərəfdən banklar manat əmanətlərinin də faizlərini aşağı salıblar.
Fiziki şəxslərin banklardakı cəmi 7 milyard 497 milyon manat əmanətinin 66,3%-i və ya 2 milyard 529.6 milyon manatı milli valyutada, 33,7%-i və ya 4 milyard 967.4 milyon manatı xarici valyutalar ilə yerləşdirilib.
Əmanətlərin 6 milyard 747.3 milyon manatı rezidentlərə, 749.7 milyon manatı qeyri-rezidentlərə məxsus olub.
Qeyd edək ki, 2017-ci ilin sonuna əhalinin banklardakı 7 milyard 561,2 milyon manat əmanətinin 5 milyard 28,3 milyon manatı və ya 66,5%-i xarici valyutada, 2 milyard 532,9 milyon manatı və ya 33,5%-i milli valyutada olub.
30 noyabr 2017-ci il tarixindəki banklardakı 7 milyard 370.6 milyon manat əmanətin 5 milyard 85,1 milyon manatı və ya 69%-i xarici valyutada, 2 milyard 285,4 milyon manatı və ya 31%-i milli valyutada olmuşdu.
2017-ci ilin əvvəlində xarici valyutada yerləşdirilmiş əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən yüksək idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)








.jpg)






