Həyat sığortası şirkətləri təşvişdə - "BU BİZİ QANE EDİR"
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığortası şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Görüşdə “Sosial sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa nəzərdə tutulmuş dəyişikliklə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna sığortaçılar tərəfindən müraciətin ünvanlanması məsələsi müzakirə edilib:
"Müraciətdə qeyd olunması zəruri hesab olunan hallar vurğulandı, mövcud durumun sığortaçıları qane etməsi ilə yanaşı, bunun sığorta sektoruna verdiyi töhfələrdən bəhs edilməsinin məqsədəmüvafiq olduğu bildirildi. Bununla yanaşı, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda, Milli Məclisə müraciət edilməsinə dair fikirlər səsləndirildi".
Qeyd edək ki, “Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan (22% və 3% ) azaddır. Dövlət Sosial Müdafiə Fondu həmin maddəyə düzəliş edilməsi üçün müvafiq addımlar atmaq niyyətindədir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində İşçi Qrupu formalaşdırılmışdır.
Eyni zamanda, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə 14% gəlir vergisini də ödəməkdən azaddır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 14 d. əvvəl
- 18 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)




