Bağlanmış bankın avtomobilini alan, onu sürə bilmir - YENİLƏNİB
"Əmanətlərin Sığortalanması Fondu hərracla bağlı öhdəliklərini yerinə yetirmir"
Bunu "Marja"ya müraciətində Süleymanov Fuad Hüseyn oğlu yazıb.
Fuad Süleymanov, Fondun təşkil etdiyi həracda avtomobil alsa da, onu sürə bilmir. İddiaya görə səbəb Əmanətlərin Sığortalanması Fondunun səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən sənədləşmənin gecikməsidir:
"Mən, Süleymanov Fuad Hüseyn oğlu 26.02.2018 ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun təşkil etdiyi hərracda ilkin qiyməti 18570 manat olan Mitsubishi Outlander markalı avtomobili 25638 manata almışam. Hərrac qaydalarına əsasən 5 iş günü ərzində lazımı sənədləri və ödənişi Əmanətlərin sığortalanması fonduna təqdim etmişəm. Lakin Əmanətlərin Sığortalanması Fondu öz öhdəliklərinin yerinə yetirmir. 04 May 2017-ci il tarixli qərarla təsdiqlənmiş hərrac qaydalarına əsasən alıcı və satıcı arasında müqavilə imzalandığı tarixdən 3 iş günündən gec olmayaraq alınan mal alıcıya təhvil verilməlidir. Müqavilə 06.03.2018 tarixində imzalanmışdır və avtomobil fiziki olaraq 06.03.2018 tarixində mənə təqdim edilmişdir. Lakin avtomobili öz adıma sənədləşdirmək üçün lazımı sənəd bu günədək mənə təhvil verilməmişdir. Hazırda avtomobili istifadə etməyim mümkün deyil. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondu avtomobili öz adıma necə sənədləşdirməyim haqqında mənə heçbir yazlı və ya şifahi təlimatlar verməmişdir, əksinə mən Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarına sənədləşdirmə prosesinin DYP tərəfindən hansı tələblərlə baş verməsi haqqnda məlumat vermişəm. Bütün bu yuxarıda sadalananlar Əmanətlərin Sığortalanması Fondunun biganəliyi, səriştəsizliyi və məsuliyyətsizliyi haqqında xəbər verir. Qeyd edim ki, 26.02.2018 tarixində keçirilən hərracın gedişatı haqqında 28.07.2018 tarixində fondun icraçı direktoru Vuqar Abdullayevə şikayət mətubu ünvanlamışam, həmin məktuba bugünə qədər cavab almamışam və eyni zamanda Əmanətlərin Sığortalanması Fondu avtomobili sənədləşdirməyim üçün zəruri olan sənədi nə zaman təqdim edəcəkləri haqqlnda da məlumat vermir".
Əmanətlərin Sığortalanması Fondunun mövqeyini öyrənməyə və dərc etməyə cəhd edəcəyik.
Əmanətlərin Sığortalanması Fondundan "Marja"ya bildirildi ki, müştəriyə bütün lazimi sənədlər (Hərracın protokolu, alqı-satqı müqaviləsi, texniki pasport və DYP-yə məktub) verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Ən çox oxunanlar
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı






















