“Kolbasa istehsalında rentabellik aşağıdır”
“Hal-hazırda kolbasa məhsullarının istehsalında rentabellik qismən aşağı səviyyədədir”.
“Marja” xəbər veirir ki, bunu “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov bildirib.
Onun sözlərinə görə,buna səbəb son vaxtlarda xammalın qiymətinin mütəmadi artması, istehlak tələbatında baş verən dəyişikliklər, ət məhsulları bazarında kəskin rəqabətin mövcudluğu, yüksək texnoloji istehsal avadanlıqlarının və onların ehtiyyat hissələrinin alınmasına çəkilən xərclərin artmasıdır. Eyni zamanda ət məhsullarının istehsalında istifadə olunan bəzi xammal və materialların (ədviyyatların, kompleks qida əlavələrinin, müxtəlif çeşidli qılafların, klips və iplərin) xaricdən idxal olunması da gəlirlərə öz təsirini göstərir.
“İstehlak tələbatında baş verən dəyişikliklərin təhlili göstərir ki, alıcıların əksəriyyəti və hətta ticarət şəbəkələrinin bir çoxu “premium” məhsullardan imtina edirlər, daha çox məhsulların “ekonom” seqmentinə üstünlük verirlər. Bu səbəbdən məhsul çeşidlərinin optimizasiyası, yəni çeşidlərin müvafiqliyi, münasibliyi və əlverişliliyi ön plana keçir. Digər tərəfdən istehlak bazarının tələblərinə uyğun olan rəqabətə davamlı qiymətlərə üstünlük verilməsi, məhz istehlak bazarında baş verən dəyişikliklərlə əlaqədardır”.
Səməd Cəfərov qeyd edib ki, hal-hazırda daxili bazarda pərakəndə ticarətin satış dövriyyəsində kolbasa məmulatları ənənəvi olaraq üçüncü – dördüncü yeri tutur və bu səbəbdən ilbəil yerli kolbasa məhsullarının istehsalı artır. Bundan əlavə, kolbasa məhsulları bazarının assortimenti öz müxtəlifliyi ilə fərqlənir və eyni zamanda çeşid və növləri artmaqda davam edir. Məhz bu səbəbdən ət məhsullarının idxal həcmi azalmaqda davam edir.
“ALICILAR DADA GÖRƏ SEÇİM EDİRLƏR”
MMC-nin sahibi qeyd edib ki, kolbasa məhsulları əhalinin qida rasionunda həmişə üstünlük təşkil etmişdir: Bu gün kolbasa gündəlik tələb olunan ərzaq məhsuludur. Təxminən bir il ərzində insan 15-16 kq kolbasa məmulatından istifadə edir.
Son dövrlərdə kolbasa məhsulları bazarında istehlakçıların əksəriyyəti kolbasa məhsulları alarkən, məhsulun dadına və ya tamına daha çox üstünlük verirlər. Müştərilərin bir qismi məhsulun qiymətinə, daha bir qismi isə populyar kolbasa məhsullarına görə seçim edirlər. Xüsusilə, kolbasa bazarında məhsulun keyfiyyəti və dəyəri istehlakçılar üçün müştərək əhəmiyyət kəsb edir. Hətta aşağı gəliri olan alıcılar belə məhsulun keyfiyyətinə önəm verirlər”.
“XIRDA İSTEHSALÇILAR BAZARDAN ÇIXACAQLAR”
Səməd Cəfərov bildirib ki, effektli və rentabelli fəaliyyət göstərə bilməyən xırda istehsalçılar bazardan çıxmaq məcburiyyətində qalacaqlar: “Digər tərəfdən, son vaxtlarda qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi sağlam rəqabət mühitinin yaranmasına, istehsal bazarında ciddi və müsbət dəyişikliklərin baş verməsinə səbəb olacaq”.
Qeyd edək ki, “Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən kolbasa məhsullarının ilk istehsalçısı kimi fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)


