Rublun ucuzlaşması 8 faizi keçdi

Rubl "ABŞ sanksiyaları"ndan sonra ucuzlaşır. Dolların məzənnəsi 2016-ci ildən bəri ilk dəfə 63 rubl həddini keçib.
Rusiya aktivləri, ABŞ-ın Kreml ilə əlaqəli milyarderlərə və Rusiya şirkətlərinə tətbiq etdiyi yeni sanksiyaların təsiri ilə Bazar ertəsi günü kəskin düşmüşdü.
"Marja" xəbər verir ki, Suriyada rejimin Şərqi Qutada kimyəvi hücum təşkil etdiyi barədə xəbərlərdən sonra ABŞ ilə artan gərginlik, Rusiya aktivlərinin və Rublun dəyərdən düşməsini daha da sürətləndirib.
Rubl, Çərşənbə axşamı Dollar qarşısında 4%-dən çox dəyər itirərib və Dolar/Rusiya Rublu məzənnəsi 63.20 səviyyəsinə qalxıb. Dünən Rubl 4,3% ucuzlaşmışdı. 2 gündə Rubl Dollar qarşısında 8%-dən çox dəyərdən düşüb.
Rusiyda banklarda Dolların məzənnəsi 64,44 rubla çatıb.
Moskva birjasında avronun dəyəri çox az bir saat ərzində 3 rubl artıb. Avronun məzənnəsi 2016-cu ilin yazından bəri ilk dəfə 78 rubl səviyyəsini keçib.
Bu gün Azərbaycanda rəsmi olaraq 1 Rusiya rublu dünənki 0.0292 səviyyəsindən 0.0281 səviyyəsinə geriləyib.
ABŞ Prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücuma "təsirli" bir cavab verəcəyini bildirib. Rusiya Suriya rejiminin yanındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
