Böyük zərərdən sonra böyük mənfəət - BANKIN QAZANCI 6 DƏFƏ ARTIB
Sahibi “Gilan” MMC olan “AFB Bank” ASC 2018-ci ilin 1-ci rübünü 5 milyon 191 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təminən 6 dəfə çoxdur. “AFB Bank” 2017-ci ilin birinci rübünü 875.7 min manat xalis mənfəət ilə başa vurmuşdu.
“AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30 milyon 6 min manat ayırdığından ötən ili 12 milyon 185 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatıarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 12 milyon 598 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55% çoxdur.
Ötən ilin ilk rübündə “AFB Bank”ın faiz gəlirləri 5 milyon 223 min manat ikən, bu ilin eyni dövründə 10 milyon 3845 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 2 milyon 912 min manatdan 2 milyon 214 min manata düşüb.
2018-ci ilin ilk rübündə faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra “AFB Bank”ın 7 milyon 701 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 2 milyon 510 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Nəticədə Bankın 5 milyon 191 min manat xalis mənfəəti yaranıb.
KREDİT PORTFELİ KƏSKİN ARTIB
“AFB Bank”ın müştərilərə verdiyi kreditlər ötən ilin sonu ilə müqayisədə 62 milyon 970 min manat və ya 38,6% artaraq 2017-ci ilin sonundakı 163 milyon 194 milyon manatdan 226 milyon 164 min manata çatıb. Ehtimal ki, kreditlərin artması Bankın faiz gələrlərinin də artmasını təmin edib.
Bankın qiymətli kağızlara investisiyaları 83 milyon 736 min manat təşkil edib.
31 Mart 2018-ci il tarixində “AFB Bank” 66 milyon 546.36 min manat cəmi kapitala malik olub.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
14 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
21 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 48 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub






.jpg)
.jpg)




.jpg)


.jpg)









