"ExpressBank"ın müştərilərə verdiyi kreditlər artıb
"ExpressBank" ASC 2018-ci ilin 1-ci rübünü 749 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin 1-ci rübünü 2 milyon 636 min manat xalis mənfəət ilə bağlamışdı.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart dövründə 10 milyon 77 min manat cəmi gəlir əldə etmiş "ExpressBank", 2018-ci ilin eyni dövründə 9 milyon 618 min manat cəmi gəlir əldə etməyə nail olub. Bank 2016-cı ilin 1-cü rübündə 13 milyon 625 min manat cəmi gəlir əldə etmişdi. Ötən ilin ilk rübü ilə müqayisədə Bankın faiz gəlirləri 6 milyon 701 min manatdan 7 milyon 231 manata yüksəlib, qeyri-faiz gəlirləri isə 3 milyon 376 min manatdan 2 milyon 387 min manata geriləyib.
2018-ci ilin ilk rübündə Bankın əməliyyat mənfəəti 7 milyon 29 min manat, ümumi inzibati xərclər isə 6 milyon 280 min manat təşkil edib. Nəticədə Bank ilk rübü 749 min manat xalis mənfəətlə bağlayıb.
"ExpressBank"ın müştərilərə verdiyi cəmi kreditlər ötən ilin sonundakı 167 milyon 608 min manatdan 189 milyon 751 min manata qalxıb. İlk 3 ayda Bankın cəmi aktivəri isə 314, milyon 339 min manatdan 354 milyon 709 min manata yüksəlib.
31 Mart 2018-ci il tarixində "ExpressBank" 141 milyon manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)








