METAK-dan 70 min manatlıq ilk ödəniş
Azərbaycanın böyük nüfuzuna malik olan METAK şirkəti buraxmış olduğu istiqrazları üzrə ilk faiz ödənişlərini artıq ödəyib.
Şirkətdən "Marja"ya daxil olmuş məumata görə, faiz ödənişləri METAK-ın yanvar ayının sonunda buraxdığı ilk istiqrazlar üzrə həyata keçirilib. Xatırladaq ki, həmin vaxt illik 14% gəlirliklə 2 milyon manat həcmində emissiyası həyata keçirilən istiqrazların faiz ödənişlərinin rüblük hesablanmaqla 3 aydan bir ödənilməsi nəzərdə tutulmuşdur.
Aprel ayının 30-da istiqraz sahibləri ilk faiz ödənişi olaraq 70 min manat qazanc əldə ediblər. Faiz ödənişləri şirkət tərəfindən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına ödənilib və həmin vəsaitlərin istiqraz sahiblərinin hesabına paylanması həyata keçirləcəkdir.
Növbəti faiz ödənişlərinin ödənilmə qrafiki iyul ayının 29-da, oktyabr ayının 29-da və yanvarın 29-da həyata keçiriləcəkdir.
May ayında isə METAK-ın ikinci emissiya istiqrazları üzrə faiz ödənilşlərinin ödənilməsinə başlanılacaqdır. İkinci emissiya istiqrazların məbləği 3 milyon manat, müddəti 1 il, illik gəlirliyi isə 12%- nəzərdə tutulmuşdur. Emissiya Şərtlərinə görə, bu istiqrazların faiz gəlirləri hər ayın 19-da ödəniləcək. Hər ödəniş zamanı isə istiqraz sahiblərinə ümumilikdə 29 589 manat vəsait (qiyməti 1000 manat olan hər istiqraza 9,86 manat olmaq şərtilə) ödəniləcəkdir. Bu istiqrazlar üzrə faiz ödənişlərinin qrafiki isə öz növbəsində may ay 19-da, iyun ayının 19-da və rüblük olmaqla qeyd edilən qaydada həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


