Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran qərarından sonra Səudiyyədən neft açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran qərarından sonra Səudiyyədən neft açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ə danışan bir Energetika Nazirliyinin rəsmisi, ölkəsinin, "yarana biləcək təklif kəsirlərinin təsirini azaltmaq üçün, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) daxilində və ya xaricindən böyük istehsalçı və istehlakçı ölkələr ilə əməkdaşlıq edə biləcəyini" söyləyib.
 

"Marja" xəbər verir ki, səlahiyyətli, "ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxmasından sonra Səudiyyə Ərəbistanı, neft bazarlarında istehsalçı və istehlakçı ölkələrin xeyrinə sabitliyin qorunmasını və qlobal inkişafın davamlılığını dəstəkləməyi öhdəlik götürür" deyib.
 

Səlahiyyətli, Səudiyyə Ərəbistanının neft hasilatını artırıb artırmayacağı barədə isə bir şərh etməyib.
 

Trampın İran ilə nüvə müqaviləsindən çıxmaq qərarını açıqlamasının ardından, Səudiyyə Ərəbistanı qərarı dəstəklədiyini və qərardan məmnun qaldıqlarını açıqlamışdı.


ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

ABŞ-ın nüvə müqaviləsindən çıxmasının, İranın neft ixracının düşməsinə səbəb olacağı gözlənir. Bu azalma bazarlarda təklifin azalmasına səbəb ola bilər. Həmçinin bu proses ilə OPEC-in neft hasilatının azaldılması müqaviləsinin sona çatacağı bildirilir.

10.05.2018 06:23

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18